“Zəfər” 2018 Beynəlxalq idman mükafatının təqdimetmə mərasimi baş tutub

Yanvarın 27-si Abşeron “Marriott” oteldə Sportsman jurnalının və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirtdiyi “Zəfər” 2018 Beynəlxalq idman mükafatının təqdimetmə mərasimi baş tutub.

Xəbər verir ki, tədbirdə idman ictimaiyyətinin nümayəndələri, millət vəkilləri, olimpiya, dünya və Avropa çempionları iştirak edib.

Tədbirdə nüfuzlu “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatı çərçivəsində qaliblərin adları açıqlanıb.

Mərasimdə digər nominasiyalar üzrə də qaliblər müəyyən edilib, mükafatlar, hədiyyələr təqdim edilib. Tanınmış müğənnilərin ifası və rəqslərlə müşayiət olunan qala-gecə “Sportsman” jurnalının 15 illik yubileyi üçün hazırlanan xüsusi tortun kəsilməsi ilə başa çatıb.

 

Bu xəbərə də bax

Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında keçirilən futzal üzrə ənənəvi çempionatın püşkatma mərasimi keçirilib

Fevralın 15-də Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan …