Yunan-roma güləşi

Güləşmə idmanın ən qədim növlərindən biridir. Hələ eramızdan 2500 il əvvəl Misirdə güləşmə ilə məşğul olurdular. Qədim yunanlar da idmanın bu növünü sevirdilər. O vaxtlar adətən qumla örtülü meydançada güləşirdilər. İdmançıların çılpaq bədənlərinə qum yapışır və onların bədənləri nisbətən az sürüşkən olurdu; bu zaman idmançılar bir-birindən möhkəm yapışa bilirdilər. Pəhləvanlar meydanda dolaşır, elə bil ki, bir-birini başdan-ayağa süzür və birdən hücuma keçirdilər. Hər güləşçinin sevimli bir fəndi vardı. Biri öz rəqibinin ayağından tutmağa çalışır, o birisi isə onun başını qoltuğu altında sıxırdı. Rəqibinin çiynini, kürəyini və ya dizini üç dəfə yerə vuran güləşçi qalib sayılırdı.

Müxtəlif ölkələrdə, ayrı-ayrı güləşçilər bir çox fəndlərdən istifadə edirdilər. Müasir güləşçilər də bu fəndlərin bəzilərindən istifadə edirlər. Klassik güləşməni götürək. Onu qabaqlar Yunan-Roma güləşi adlandırırlar. Bu güləş indi də qədim yunanların və romalıların güləşini xatırladır. Xüsusi geyimli güləşçilər xalça üzərinə çıxıb, bir-birinin əlini sıxır və güləşməyə başlayırlar. Məqsəd rəqibin kürəyini yerə vurmaqdır. Buna “təmiz qələbə” deyirlər. “Təmiz qələbə” mümkün olmayanda xal hesabı ilə qalib gəlmək olar. Xallar hər bir uğurlu fənd üçün verilir.

19-cü əsrin sonlarında və 20-ci əsrin əvvəllərində Fransız güləşi adlanan və təşəkkül tapan yunan-roma güləş növünün vətəni Yunanıstdandır. Qədim Ellada da müharibələrə son qoyub, güc-qəvvələrini idman meydançalarında nümayiş etdirmələri istəyindən Olimp dağında yandırılan tonqal cəngavərləri yarışmalara dəvət siqnalı idi. Bu yarışlarda kürəkdən yapışaraq bir-birinə güc gəlmələri Yunan-roma güləşi ikinci Dünya müharibəsindən sonra təşəkkül tapmışdır. İlk Dünya çempionu titulunu 1978-ci ildə Meksikada keçirilən Dünya çempionatında Arif  Niftullayev  qazanmışdır.

Yunan-roma güləş  idman növü Dövlət Gömrük  Komitəsi İdman Sağlamlıq Mərkəzi açılan gündən etibarən fəaliyyət göstərir. Klubumuzda bu idman növü üzrə peşəkar və təcrübəli məşqçi müəllimlər öz  yetirmələrinə güləşin sirlərini öyrədirlər.  Məşqçi-müəllimlər arasında Dünya və Avropa çempionu Xəzər İsayev, əməkdar məşqçi İqdam Ələkbərov, Maqsudov Araz kimi mütəxəssislərin olması klubda uğurların artmasına şərait yaratmaqdadır. Təsadufi deyil ki, 204-cü ildə Nurullayev İbrahim Dünya və Avropa çempionu adına layiq görülmüşdür.

 

İdmançılarımızın növbəti nailiyyətlərini aşağıdakı kimi sıralaya bilərik:

03-07 mart 2014-cü il tarixlərində keçirilən sərbəst və yunan-roma güləşi üzrə yeniyetmə və gənclər arası Azərbaycan birinciliyində göstərilən nəticələr:

Yunan –roma  güləşi üzrə yer tutmuş idmançılarımız

Gənclər

  1. Əlimirzəyev Sənan Gülmirzə oğlu 74 kq çəki dərəcəsində I yer

məşqçisi:Ələkbərov İqdam Əli oğlu

  1. Nurullayev İbrahim Şahhüseyn oğlu 55 kq çəki dərəcəsində III yer

məşqçisi:Ələkbərov İqdam Əli oğlu

 

11-12 mart 2014-cü il tarixdə Azərbaycan IX Respublika Oyunlarının proqramına daxil olan 2000-2001-ci il təvəllüdlü yunan-roma  güləşi üzrə yeniyetmələr arasında Hövsan Olimpiya İdman Kompleksində keçirilən Bakı zona yarışlarının nəticələri:

Kiçik yaşlı yeniyetmələr

  1. Əliyev Əliheydər Samir oğlu 82 kq çəki dərəcəsindəIIIyer
  2. Bağırov Murad Amil oğlu 85+ kq çəki dərəcəsində III yer

məşqçisi: Maqsudov Araz Əsgər oğlu

 

Azərbaycan IX Respublika Oyunlarının proqramına daxil olan 2000-2001-ci il təvəllüdlü yunan-roma güləşi üzrə yeniyetmələr arasında zona yarışlarının Final mərhələsinə vəsiqə qazanmış 11-14 aprel  2014-cü il tarixdə Balakən Olimpiya İdman Kompleksində keçirilən                                                  Respublika birinciliyindəki nəticələr:

 

  1. Əliyev Əliheydər Samir oğlu 78 kq çəki dərəcəsində II yer

           məşqçisi: Maqsudov Araz Əsgər oğlu

 

20 aprel 2014-cü il tarixində yunan-roma güləş  idman növü üzrə Gənclər arasında AGF Beynəlxalq turnir

Nurullayev İbrahim Şahhüseyn oğlu 50 kq çəki dərəcəsində I yeri

məşqçisi: Ələkbərov İqdam Əli oğlu

17-22 iyun 2014-cü il tarixində Polşanın Katovitse şəhərində keçirilən yunan-roma güləşi üzrə gənclərin Avropa çempionatı

Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun idmançısı 50 kq çəki dərəcəsində mübarizə aparan Nurullayev İbrahim Şahhüseyn oğlu finala qədər inamla irəliləmişdir. Bu yolda o, ardıcıl olaraq Bolqarıstan, Polşa və Rusiya güləşçiləri üzərində qələbə qazanaraq final mərhələsinə vəsiqə qazanmışdır. Final mərhələsində isə Rumuniya təmsilçisi Aleksandru Botezi 5:1 məğlub edərək Avropa çempionatının qalibi olmuşdur. Bu yarışlara Nurullayev İbrahimi şəxsi məşqçiləri Xəzər İsayev, İqdam Ələkbərov və güləş üzrə yığma komandanın məşqçiləri hazırlamışdır.

05.08.2014-cü il tarixində Xorvatiyanın Zaqreb şəhərində yunan-roma güləşi üzrə gənclər arasında dünya çempionatı keçirilmişdir.

Çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində yunan-roma güləşçiləri mübarizəyə qoşulub. Bu mübarizədə 50 kq çəki dərəcəsində mübarizə aparan  Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzi “Gömrükçü” İdman Klubunun idmançısı Nurullayev İbrahim ilk görüşdə erməni rəqibini 8:0 hesabıyla məğlub edib. Ardınca Koreya idmançısını 7:0, Kazaxıstan idmançısını 11: 2 hesabıyla qalib gələn İbrahim finala yüksəlmişdir. Finalda idmançımız Ukrayna təmsilçisini 9:2 məğlub edərək qızıl medala sahib olmuşdur.

Məşqçisi: Xəzər İsayev,  Ələkbərov İqdam

28-29 oktyabr 2014-cü il tarixlərində Hövsan OİK-də Yunan-roma güləşi üzrə yeniyetmələr arasında Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş açıq Respublika seçim turniri keçirilmişdir.

 

1.Güləliyev Rüfət Zakir oğlu 76 kq çəki dərəcəsində II yer

Məşqçisi: Maqsudov Araz Əsgər oğlu

 

13-15 Dekabr 2014-cü il tarixlərində “Sərhədçi” İdman Olimpiya Mərkəzində böyüklər arasında Yunan-Roma güləşi üzrə Azərbaycan Çempionatı keçirilmişdir.

Yarışda Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun sərbəst güləş bölməsinin idmançıları da iştirak etmişdir. İdmançılarımızdan 75 kq çəki dərəcəsində mübarizə aparan Nəsibov  Samran Rəsul oğlu II yerə və 98 kq çəki dərəcəsində mübarizə aparan Həsənov Əli Mübariz oğlu III yerə layiq görülmüşdür. İdmançılarımızı yarışa yunan-roma güləşi bölməsinin baş məşqçisi Ələkbərov İqdam  hazırlamışdır.

 

24-25 dekabr 2014-cü il tarixlərində Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun Sərbəst güləş üzrə kiçik yaşlı yeniyetmələrarası 2001-2002-ci il (2003-cü il təvəllüdlü və  Yunan-roma güləşi üzrə yeniyetmələrarası 1998-1999-ci il (2000-ci il təvəllüdlər arasında açıq birinciliyi keçirilmişdir.

Birincilikdə Bakı şəhəri klublarından savayı regionlar da iştirak eləyirdi.Yunan-roma güləşi üzrə yeniyetmələrmizdən 111 idmançı mübarizə aparırdı.

Yunan-roma güləşi üzrə komanda hesabında sıralama belə olmuşdur:

I yer  – Gömrükçü komandası

II yer – Sumqayıt Komandası

III yer – Neftçi komandası

03-04 mart 2015-ci il tarixlərində 2001-2003-cü il təvəllüdlü yebiyetmələr arasında Hövsan Olimpiya Kompleksinin idman zalında Yunan-roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun Yunan-roma güləş bölməsinin idmançılarıda iştirak etmişdir.  Beləliklə yeniyetmələrimizdən 35 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Əlyarov İzzət İlham oğlu I yeri tutaraq qarşıdan gələn  Respublika birinciliyinə vəsiqə qazanmışdır. İdmançımızı növbəti yarışa müvəffəqiyyətlər arzulayırıq. İdmançılarımızı bu yarışa Klubun baş məşqçi-müəllimi Ələkbərov İqdam və məşqçi-müəllim Maqsudov Araz hazırlamışdır.

 

11-13 mart 2015-ci il tarixlərində Respublika Olimpiya İdman Liseyində  (2003-2005 il təvəllüdlü) kiçikyaşlı yeniyetmələr arasında Yunan-roma güləşi üzrə ROİL-nin ənənəvi turnir keçirilmişdir.

Bu turnirdə güləşçilərimizi uğurla iştirak etmişdirlər:

Məlikov Simon Rüfət oğlu yeniyetmələr arasında ROİL-nin ənənəvi turniri 32 kq çəki dərəcəsində III yer

Gəncəliyev Vahid Elman oğlu yeniyetmələr arasında ROİL-nin ənənəvi turniri 29 kq çəki dərəcəsində III yer

Məlikov Yusif Nəbi oğluyeniyetmələr arasında ROİL-nin ənənəvi turniri 54 kq çəki dərəcəsində II yer

Məmmədov Hüseyn Qafqaz oğlu yeniyetmələr arasında ROİL-nin ənənəvi turniri 35 kq çəki dərəcəsində III yer

Məşqçisi: Maqsudov Araz Əsgər oğlu