Yunan-Roma güləşçilərimiz Azərbaycan birinciliyində 3 bürünc medal qazanıblar

Bakı İdman Sarayında gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi başa çatıb.
Yarışda klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1997-1999-cu il təvəllüdlü idmançılar iştirak edib.
Fevralın 24-də, ikinci yarış günündə yunan-Roma güləşi üzrə 169 pəhləvan mübarizə aparıb.
Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun üzvləri Azər Hüseynov (74 kq), Rüfət Güləliyev (84 kq) və Əli Əminzadə (120 kq) bürünc medallara layiq görülüblər.
Qeyd edək ki, hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunur və yığma komandanın heyətinə cəlb olunur.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …