Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan millisinin hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc medal var

Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunları davam edir. Hazırda Azərbaycan millisinin hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc medal var.

Azərbaycana ilk qızıl medalı Olimpiadada 66 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Vüqar Talıbov qazandırıb. Sərbəst güləşçimiz Turan Bayramov (65 kq) da qızıl medala sahib olub. Ağır atletimiz Tarmenxan Babayev (85 kq) gümüş, taekvondoçumuz Cavad Ağayev (63 kq) və güləşçimiz Şahanə Nəzərova (43 kq) bürünc medallar qazanıblar.

Bədii gimnastımız Yelizaveta Luzanın komanda yarışlarında qazandığı qızıl medal isə qarışıq yığmaların hesabına yazılıb.

Bu xəbərə də bax

DGK İSM “Gömrükçü”İK-nın boks üzrə açıq birinciliyi keçirilib

  Oktyabrın 21-də Ramil Səfərov adına “Cənub” İdman Klubunun boks zalında Müstəqillik gününə həsr olunmuş Dövlət …