Yeniyetmə üzgüçümüz olimpiadaya vəsiqə qazanıb

2014-12-05-16-36-09gal5Fevralın 22-23-də Belçikada üzgüçülük üzrə Açıq Çempionat keçirilib. Lisenziya xarakterli yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun idmançısı Elvira Həsənova uğurla çıxış edərək bu il Çin Xalq Respublikasında keçiriləcək Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb. Bu arada qeyd edək ki, fevralın 17-20-də Hövsan Olimpiya İdman Kompleksində keçirilən üzgüçülük üzrə Açıq Qış Çempionatında da mərkəzin yetirmələri yüksək nailiyyətlər əldə ediblər. Təmsilçimiz Elvira Həsənova 8-1-ci yer, Fazekas AbelDazian 5- 1-ci yer və 3-2-ci yer, Nazil İsmayılov 3-1-ci yer, 1-2-ci yer, 2-3-cü yer və Kamran Cəfərov isə 3-2-ci yeri tutub.

 

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.