Yeniyetmə güləşçilərimiz Bakı birinciliyini 1 qızıl 1 bürünc medalla başa vurublar

 

Oktyabrın 6-dan 9-dək Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçirilib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü”İdman Klubunun təmsilçiləri də qüvvələrini sınayıblar. Güləşçilərimizdən klubun məşqçisi Araz Maqsudovun yetirməsi Əliheydər Əliyev (85 kq) bütün rəqiblərini üstələyərək çempion adını qazanıb. Klubun digər məşqçisi Xanlar Yaqibekovun yetirməsi Rəşad Orucov 46 kq çəki dərəcəsində bürünc medala sahib çıxıb.

 

 

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …