Yelkən festivalına start verildi


DSC_0047İyulun 29-da Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Yelkənli İdman Federasiyası və Park Bulvar AVM-nin birgə təşkil etdiyi «Yelkən festivalı»na start verilib. DSC_0039Festivalın açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Xəzər İsayev və Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov,  Azərbaycan Yelkənli İdman Federasiyasının prezidenti Qüdrət Qurbanov iştirak edirdilər. Açılış nitqi ilə çıxış edən Qüdrət Qurbanov Azərbaycanda yelkənli idmanın inkişaf etdirilməsi istiqamətində federasiyanın gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən danışdı, gələcək planlar barədə məlumat verdi.Gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə yelkənli idman növünün qədim ənənələrə malik olduğunu bildirdi, bu sahənin ölkəmizdə inkişafının vacibliyindən söz açdı.DSC_0051Sonra yelkənli idman növünün tarixi, federasiyanın fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirildi. Filmdə yelkən idmanının SSRİ dövründə fəaliyyəti, Azərbaycanda tarixi və müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin idmana xüsusi diqqət və qayğısı sayəsində bu sahənin çiçəklənməsi, Azərbaycanın ilk yığma komandasının formalaşması ilə bağlı kadrlar öz əksini tapıb.

DSC_0042Filmin ardından festivala tərəfdaş olan «Züleykha» jurnalının yaradıcı direktoru Lalə Mirzəyeva, Park Bulvar AVM İctimaiyyətlə Əlaqələr üzrə rəhbəri Günay Malikqızı festival ilə bağlı fikirlərini paylaşaraq əməkdaşlıq fəaliyyəti çərçivəsində görülən işlərdən söz açıb.Festival əyləncəli yelkən guşəsinin açılışı ilə davam edib. DSC_0069Azərbaycanı İtaliyanın Krotone şəhərində keçirilən Optimist növü üzrə Avropa  çempionatında təmsil edən yığma komandamız və federasiyanın məşqçisi Seyhun Yıldız festival iştirakçılarını maraqlandıran suallara cavab veriblər.DSC_0035 Guşədə yelkənli idmanla bağlı rəngarəng hədiyyəli oyunlar, maraqlı viktorinalar, musiqili proqram, əyləncə zonası, faceart, fotoguşə fəaliyyət göstərir. Xatırladaq ki, festival iyulun 31-dək Park Bulvar AVM-in birinci mərtəbəsində bütün qonaqların üzünə açıq olacaq.DSC_0073

Aysel Tağızadə

 

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …