XXXI Yay Olimpiya Oyunlarının möhtəşəm açılış mərasimi keçirilib

Komandaların paradından sonra Braziliya Milli Olimpiya Komitəsinin prezidenti Karlos Artur Nuzman çıxış edərək XXXI Olimpiadanın ölkəsində keçirilməsindən qürur duyduğunu deyib. O, müxtəlif ölkələrdən olan atletlərin idman və sülh üçün bir araya gəldiyini bildirərək Rio-de-Janeyronun bu prosesə mühüm töhfə verməsindən məmnunluğunu ifadə edib.
14704612023739314576_1000x669 14704613816483110682_1000x669 1470461381113449751_1000x669 1470461381499716070_1000x669
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax isə çıxışında Cənubi Amerikada ilk Olimpiadaya ev sahibliyi edən Braziliyanın bu mötəbər tədbiri yüksək səviyyədə keçirmək üçün ciddi hazırlaşdığını bildirib. 13901543_662659833886990_1655846605780494681_n 13891802_662512190568421_7419847162511236766_nHazırda dünyada ciddi gərginliklərin olduğunu deyən T.Bax on mindən çox atletin mehribanlıq şəraitində mübarizə apararaq, Olimpiya Kəndində bir yerdə yaşayaraq, eyni hisləri bölüşdüklərini diqqətə çatdırıb. O, bu baxımdan Olimpiya qaçqın idmançılar komandasının dünyada milyonlarla qaçqında böyük ümidlər oyatdığını deyib.14704612025543526821_1000x669
Olimpiya hərəkatının və həmrəyliyinin inkişafındakı xidmətlərinə görə Keniya Milli Olimpiya Komitəsinin prezidenti, ikiqat Olimpiya çempionu Kipçoqe Keinoya BOK-un ilk dəfə təsis etdiyi xüsusi mükafat təqdim olunub.14704612025348744911_1000x669
Braziliya Prezidenti vəzifəsini icra edən Mişel Temer XXXI Yay Olimpiya Oyunlarını açıq elan edib.
Olimpiya bayrağı “Marakana” stadionuna gətirilib və Olimpiya himni səsləndirilib.
Sonra idmançıların, hakimlərin və məşqçilərin adından Olimpiya andı içilib.
Nəhayət, 26 min kilometrlik səyahətdən sonra Olimpiya məşəli “Marakana” stadionuna gətirilib. 2004-cü il Afina Olimpiadasının bürünc mükafatçısı Vanderlei Kordeiro de Limanın XXXI Yay Olimpiya Oyunlarının məşəlini alovlandırması ilə açılış mərasimi başa çatıb. XXXI Yay Olimpiya Oyunlarına avqustun 21-də yekun vurulacaq.
Atəşfəşanlıqdan sonra qlobal istiləşmə nəticəsində dəniz səviyyəsinin artması, ekoloji problemlərin artması və bundan çıxış yolları ilə bağlı videoçarx nümayiş etdirilib. Filmdə meşələrin bərpası istiqamətində Braziliyada, o cümlədən Rio-de-Janeyroda həyata keçirilən tədbirlər əks etdirilib.
Sonra komandaların paradı başlayıb. İlk olaraq Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkənin – Yunanıstanın idmançıları arenaya daxil olublar. Digər ölkələrin komandaları onun arxasınca əlifba sırası ilə gəliblər. Azərbaycan idmançıları Avstriyadan sonra stadiona daxil olublar.
Mərasim Braziliyaya həsr olunan videoçarxın nümayişi işə başlayıb. Bu videoda ölkənin təbiətini, idman ənənələrini əks etdirən görüntülər braziliyalı məşhur müğənni Gilberto Gilin 1969-cu ildə bəstələdiyi musiqinin müşayiəti ilə təqdim olunub.
“Marakana” stadionunda quraşdırılan böyük səhnədə Olimpiya Oyunlarının əsas dəyərlərindən sayılan sülhü təmsil edən görüntülər formalaşdırılıb. Sonra məşhur müğənni Paulinho da Violanın ifasında Braziliyanın dövlət himninin səsləndirilib və bu ölkənin bayrağı “Marakana” stadionunda qaldırılıb.
Daha sonra minlərlə projektor vasitəsilə “Həyatın yaradılışı” adlı kompozisiya təqdim olunub. Bu kompozisiyada ölkənin füsunkar təbiəti və aborigen əhalisi, portuqaliyalıların hücumu, Afrikadan kölələrin gətirilməsi, miqrant axını nəticəsində Braziliya xalqının formalaşması möhtəşəm görüntülərlə əks etdirilib. Kompozisiyanın növbəti hissəsində ölkənin inkişafı nəticəsində müasir şəhərlərin, meqapolislərin meydana çıxması parkur qrupların iştirakı ilə təqdim olunub.
14704613813958950025_1000x669Daha sonra Braziliyanın görkəmli şəxsləri haqqında elementlər təqdim edilib. Bu hissədə braziliyalıların təyyarənin banisi hesab etdikləri Alberto Santos-Dumontun təyyarə ilə uçuşu təsvir olunub. Braziliyalı bəstəkar Tom Jobimin nəvəsi Daniel Jobimin ifasında “İpanemalı qız” mahnısının sədaları altında səhnəyə bu ölkədən olan məşhur model Gizele Bündxen çıxıb. Sonra müxtəlif musiqi qrupları səhnədə çıxışlar ediblər və möhtəşəm atəşfəşanlıq olub.
Avqustun 6-da Bakı vaxtı ilə saat 03:00-da Braziliyanın Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionunda XXXI Yay Olimpiya Oyunlarının möhtəşəm açılış mərasiminə start verilib.
Təşkilatçılar açılış mərasiminin möhtəşəm olacağını vəd etmişdilər. Açılış mərasimini braziliyalı məşhur rejissor Fernando Meirelyes və prodüser Daniela Tomas hazırlayıblar. Bu mərasim üçün 300 rəqqas, 5 min könüllü cəlb olunub. Mərasimdə istifadə olunması üçün 12 min kostyum hazırlanıb. Olimpiya Oyunlarının açılış mərasiminə televiziya, internet və s. vasitəsilə ümumilikdə üç milyard insanın baxacağı bildirilir. Açılış mərasimindən bir qədər əvvəl Olimpiya məşəlini Pelenin alovlandırmayacağı açıqlanıb.
Azərbaycan yığma komandası XXXI Yay Olimpiya Oyunlarına əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə qatılıb. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Ölkəmiz triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunur. Olimpiadada ölkəmizi təmsil edəcək 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olacaq. İdmançıların paradında Azərbaycan bayrağını dünya çempionu, boksçu Teymur Məmmədov aparacaq. Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks olmaqla, 3 hakimlə də təmsil olunur.
Bundan əlavə, Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 24 idmançı ilə təmsil olunacaq. Paralimpiyaçılarımız “Rio-2016”ya idmanın 6 növü üzrə 41 lisenziya qazanıb.
1470461381584583887_1000x669“Rio-2016” bir sıra özünəməxsus cəhətləri ilə əvvəlki olimpiadalardan seçilir. Belə ki, Cənubi Amerikada ilk dəfədir Olimpiya Oyunları keçirilir. Rio-de-Janeyronun dörd rayonunda – Deodoro, Barra, Kopakabana və Marakanada 17 gün davam edəcək Olimpiadada 306 yarış keçiriləcək və ümumilikdə 2102 medal sahiblərinə təqdim olunacaq. XXXI Olimpiadada rekord saytda 206 ölkədən 11 mindən çox idmançı mübarizə aparacaq. İştirakçı 206 ölkədən başqa, Olimpiya qaçqın idmançılar komandası da mübarizəyə qoşulacaq. Olimpiya bayrağı altında mübarizə aparacaq bu komandanın tərkibində 10 idmançı var. Onlardan 5-i Cənubi Sudandan, 2-si Suriyadan, 2-si Demokratik Konqo Respublikasında, biri isə Efiopiyadandır. Olimpiadaya ən çox idmançı ilə qatılan ölkə ABŞ-dır. Bu ölkə dördilliyin zirvə yarışına 554 idmançı ilə qoşulub. Okeaniya ölkəsi olan Tuvalu isə Olimpiadaya cəmi bir idmançı – 100 metr məsafəyə qaçış yarışında mübarizə aparacaq atlet Etimoni Timuani ilə qatılıb. Kosovo və Cənubi Sudan ilk dəfədir Olimpiadada çıxış edir.
XXXI Yay Olimpiya Oyunlarında atletlər idmanın 39 növü üzrə mübarizə aparacaqlar. Qolf 112, reqbi isə 92 illik fasilədən sonra yenidən Olimpiya Oyunlarının proqramına salınıb. Bütün yarışlar 37 arenada təşkil olunacaq. Braziliya hökuməti təhlükəsizlik məsələlərini ən yüksək səviyyədə təmin etmək üçün ciddi hazırlaşıb. Hökumət bu məqsədlə 55 ölkədən 85 min əməkdaş cəlb edib. Bu, London Olimpiadasındakından iki dəfə çoxdur.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …