Xüsusi Olimpiya Komitəsinin II Milli Oyunlarına yekun vurulub

DSC_0740Bu il aprelin 10-da start götürən Azərbaycan Xüsusi Olimpiya Komitəsinin II Milli Oyunlarına mayın 25-də İnter Arenada yekun vuruldu. Komitənin II Milli Oyunlarında  Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Göyçay, Salyan Regionlarının və eyni zamanda  Bakı və Abşeron təşkilatlarının yığma komandaları iştirak ediblər. Qızlar arasında keçirilən 2-ci divizionda Xəzər rayonu  4 saylı xüsusi internat məktəbi 3-cü, Sabunçu rayonu 11 saylı internat məktəbi 2-ci, Xəzər rayonu 12 saylı xüsusi internat məktəbi 1-ci yeri tutub.

DSC_0722 1-ci divizionda Xəzər rayonu 2 saylı ümumi orta internat məktəbi-3-cü yer, Xəzər rayonu  6 saylı xüsusi internat məktəbi 2-ci yer, Qaradağ rayon 9 saylı xüsusi internat məktəbi 1-ci yer tutub.

DSC_0791Oğlanlar arasında keçirilən 6-cı divizionda Xəzər rayonu 1 saylı  Sosial Xidmət  Müəssisəsi 3-cü yer, Abşeron rayonu 2 saylı  Sosial Xidmət Müəssisəsi 2-ci yer, Sabunçu rayonu 11 saylı internat məktəbi 1-ci yer tutub. 5-ci divizionda Xəzər rayonu 12 saylı xüsusi internat məktəbi 3-cü yer, Nəsimi rayonu 11 saylı xüsusi təhsil məktəbi 2-ci yer, Xəzər rayonu  4 saylı xüsusi internat məktəbi 1-ci yerə layiq görülüb. 4-cü divizionda Lənkəran regional proqramı 4-cü yer, Şəki regional proqramı 3-cü yer, Xəzər rayonu  6 saylı xüsusi internat məktəbi 2-ci yer, Xəzər rayonu 2 nömrəli ümumi orta internat məktəbi 1-ci yer tutmuşdur.  3-cü divizionda Sumqayıt regional proqramı 4-cü yer, Xəzər rayonu  6 saylı xüsusi internat məktəbi 3-cü yer, Qaradağ rayon 9 saylı xüsusi internat məktəbi 2-ci yer, Xəzər rayonu 2 nömrəli ümumi orta internat məktəbi 1-ci yer tutub. 2-ci divizionda Nizami rayonu 3 saylı xüsusi təhsil məktəb 4-cü yer, Göyçay regional proqramı 3-cü yer, Nəsimi rayonu 11 saylı xüsusi təhsil məktəbi 2-ci yer, Xəzər rayonu 12 saylı xüsusi internat məktəbi 1-ci yerə sahib çıxıb. 1-ci divizionda Gəncə regional proqramı 4-cü yer, Salyan regional proqramı 3-cü yer, Sabunçu rayonu 11 saylı internat məktəbi 2-ci yer,  Xəzər rayonu  4 saylı xüsusi internat məktəbi 1-ci yer tutub.

DSC_0731DSC_075913305004_1175104259187759_7658622654556000528_oTurnirdən sonra mükafatlandırma mərasimi keçirildi. Qalibləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev, Olimpiya çempionları Lyudmila Şubina, Zemfira Meftəhətdinova bir sıra dövlət qurumlarının rəsmi nümayəndələri və millət vəkilləri təbrik etdilər. Mərasimə konsert proqramı ilə yekun vuruldu.

13307474_960882134029950_1163211927819492291_n

13267909_960882874029876_6730628335179981168_n

DSC_0808

DSC_0818

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …