Xocalı şəhidlərinin xatirəsi anıldı

xocali

Bu gün Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir.

Mərasimdə çıxış edən Mərkəzin baş direktoru Xəzər İsayev bildirdi ki, Xocalı faciəsi təkcə xocalıların yox, bütün Azərbaycan xalqının, eyni zamanda da dünyada yaşayan soydaşlarımızın dərdi, qəmidir. Bu gün bütün ölkəmizdə, eyni zamanda da dünyanın bir çox yerində kədər günü, matəm günüdür.

XX əsrin sonunda baş vermiş bu faciənin üzərindən 23 il keçməsinə baxmayaraq, xalqımız bu yaxın keçmişi unutmur və Ümummilli lider Heydər Əliyevin dediyi bu fikirlər həmişə xatırlanır: “ Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz gəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.”

Bütün soyqırım zamanışəhid olanlara bir daha Allahdan rəhmət diləyir və xocalılara, bütün Azərbaycan xalqına başsağlığı veririk.

?
?

2

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.