XI Respublika Oyunlarının final mərhələsindən 1 qızıl, 1 gümüş medal  

Aprelin 27-dən 30-a kimi Balakən Olimpiya İdman Kompleksində yeniyetmə sərbəst güləşçilər arasında XI Respublika Oyunlarının final mərhələsi keçirilib.

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının və Balakən rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı, Dünya Güləş Birliyinin mövcud qaydaları əsasında təşkil olunan yarışda güləşçilər 15 çəki dərəcəsində mübarizə aparıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun güləşçiləri də qüvvələrini sınayıblar. İdmançılarımızdan İsmayıl Cabbarlı (70 kq) birinci, İzzət Aşurov (73 kq) isə ikinci olub.

 

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …