Xəzər Isayev BƏOK Ədalətli Oyunlar İnkişaf Mərkəzinin prezidenti seçilmişdir

 Martın 23-24-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) İcraiyyə Komitəsinin İclası keçirilib. Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev iştirak etmişdir. Tədbir çərçivəsində gündəlikdə dayanan bir sıra məsələlər müzakirə olunaraq öz həllini tapmışdır. Qurumun İcraiyyə Komitəsinin təşəbbüsü ilə Beynəlxalq Ədalətli Oyunlar Komitəsi Ədalətli Oyunlar İnkişaf Mərkəzinin Azərbaycanın paytaxtı Bakıda yaradılması qərara alınmışdır. İcraiyyə Komitəsi üzvlərinin yekdil səsverməsinə əsasən MOK-un vitse-prezidenti, AzƏOK-un sədri Xəzər Isayev 9 dövləti əhatə edən (Azərbaycan, Gürcüstan, Tacikistan, Qazaxıstan, Türkmənistan, Öbəkistan, Qırğızıstan, Monqulustan, İran) BƏOK Ədalətli Oyunlar İnkişaf Mərkəzinin prezidenti seçilmişdir. Tədbir zamanı həmçinin BƏOK-un 2017-ci ilin yekunlarına əsasən müəyyən olunmuş mükafatlarının təqdimetmə mərasiminin 2018-ci il sentyabrın 20-27-də Azərbaycanda keçiriləcək cüdo üzrə dünya çempionatı çərçivəsində keçirilməsi öz təsdiqini tapmışdır.

Bu xəbərə də bax

Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında keçirilən futzal üzrə ənənəvi çempionatın püşkatma mərasimi keçirilib

Aprelin 26-da Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan …