Üzgüçülük

 

Üzgüçülük, beynəlxalq standartlarda ölçüsü olan (50 metr, 8 cığır) hovuzlarda bədənin kulac və ayaq hərəkətlərindən başqa bir kömək almadan, hər yarışçının öz cığırında, sərbəst, arxa üstə, kəpənək və qurbağa stillərinin hər birində və ya dördü birdən qarışıq olaraq, 50, 100, 200, 400, 800, 1500 metrlərdə fərdi və ya qrup olaraq etdikləri yarışmaya deyilir.

Köhnə Yunan və Roma sivilizasiyalarında üzgüçülük, əsgəri təhsillə birlikdə təməl təhsilin əhəmiyyətli bir parçası olaraq görülməkdə idi. Qədim Yunanıstanda zaman zaman üzgüçülük yarışmaları təşkil etmişlər; Romalılar , hamamlardan ayrı olaraq üzmə hovuzları etdirmişlər. Yaponiyada isə məktəblərdə üzmə təhsilini məcburi edən imperatorluq fərmanı nəşr etmişdir.

İlk açıq hava hovuzunun 1828-də Liverpulda edilməsindən bir müddət sonra ilk beynəlxalq üzmə yarışları 1837-də Londonda, və ardından 1846-da Avstraliyada təşkil edilmişdir.1875-də İngilis Metyu Vebe (Mathew Webbe), Manş dənizini qurbağalama texnikasıyla üzərək keçdi. Bu inkişaflar paralelində, 1882-dən sonra müxtəlif Avropa ölkələrində də üzmə federasiyaları qurulmağa başlandı. 1896-da qurulan London Metropolitan Üzmə Klubu, daha sonra Həvəskar Üzmə Birliyinə çevrildi. ABŞda üzmənin təşkilatlı bir idmana çevrilməsi, 1888-də Həvəskar İdman Birliyinin (AAU) qurulması sayəsində reallaşdı. 1896-da müasir Olimpiya oyunlarının təkrar başladılması ilə, təşkil edilən ilk olimpiadalarda üzmə yarışlarına da yer verildi. Əvvəllər yalnız kişilərin qatıldığı yarışmalara, 1912-də ilk dəfə qadın üzgüçülər də qatıldı. 1900-cu ildə kürək üstü stili və daha sonra 1908-ci ildə isə qurbağalamayı olimpiadalara əlavə etmişlər. Kəpənək isə olimpiadalara ən son əlavə olunan üzmə stilidir. Bütün dünyada təşkilatlı bir idman olaraq məşhurluq qazanması və olimpiada proqramına alınması ilə birlikdə, bu idman budağı üçün beynəlxalq bir federasiya qurulması lazımlılığı ortaya çıxdı. Beləcə 1909-da Londonda Beynəlxalq Həvəskar Üzmə Federasiyası FINA (Federation İnternationale de Natation Amateur) quruldu. FINAnın qurulmasından əvvəl olimpiadalarda iştirak edən üzmə yarışları idman olmaqdan çox uzaq idi. 200 m maneəli üzmə yarışları, bir dirəyə dırmaşmağı və bir neçə qayığın üstündən keçdikdən sonra, bu qayıqların altlarından üzərək keçməyi ehtiva edirdi. Digər yarışlar isə, sualtında ən uzun məsafə üzmə, 4000 m üzmə kimi yarışdılar.

FINAin qurulmasıyla birlikdə, bu növdən yarışlar qaldırılaraq, yarışlarda FINA müdiriyyəti əsas alındı. Bu müdiriyyətdə yarış məsafələrinin metr cinsindən ölçülməsinə qərar verilərək yarışma stilləri də sərbəst , arxa üstə, qurbağalama və kəpənək olaraq təyin olundu. Sinxron üzgüçülük , digər adıyla su baleti 1800-cü illərin sonlarında ortaya çıxmış olmasına baxmayaraq, uzun illər sirk və yarmarkalarda, göstərilər şəklində davam etdirildi. 1952-də FINA tərəfindən tanınaraq, eyni il Helsinki Olimpiadalarında “nümayiş idmanı” olaraq iştirak etdi. 1973-də İlk dəfə Sinxron Üzgüçülük Dünya Çempiyonatı edildi və 1984-də də olimpiada proqramına daxil edildi.

Qədim tarixi olan bu su idman növündən insanlar bir əyləncə kimi istifadə edərkən özləri də bilmədən onun xeyrindən yararlanırlar. İnsan üzərkən vücudun bütün əzələlərini hərəkət etdirərək onları möhkəmlədir və bədəni yaxşı formada saxlayır.

Bununla yanaşı üzgüçülüyün immunitet sistemini gücləndirdiyi, metabalizmanın müntəzəm qaydada işləməsinə şərait yaratdığı qan dövranı sistemini, urəyin fəaliyyətini yaxşılaşdırdığı bildirilir.

 

Üzgüçülük idman növü 1 oktyabr  2013-cü ildən etibarən Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunda fəaliyyət göstərir.İdman növünün məşqçisi Nəsibov Vaqifdir. Az bir müddətdən yaranmasına baxmayaraq Klubumuzun idmançıları yüksək nəticələr əldə etmişlər.

Belə ki, 29-30 mart 2014-cü il tarixlərində Gürcüstanının Tbilisi şəhərində yeniyetmə və gənclər arasında keçirilən Açıq birincilikdə üzgüçülərimiz aşağıdakı nəticələri əldə etmişlər:

İsmayılov Nazir 100 metrə arxası üstə I yer, 200 metrə arxası üstə II yer 200 metrə qarışıq üsulla (kompleks) II yer, komanda estafet yarışında 4x100metrə sərbəst üsulda yığma komandanın tərkibində II yeri tutmuşdur.

Estafet yarışında 4×100 qarışıq üsulla yığma komandanın tərkibində II yeri  tutmuşdur.

17-22 iyun 2014-cü il tarixində keçirilən üzgüçülük üzrə Azərbaycan Yay çempionatında Fazekaş Dorian 50m məsafədə baterfləy üsulda II yeri,100m məsafədə sərbəst üsulla II yeri, 50m məsafədə brass üsulla III yeri əldə etmişdir.

 

İsmayılov Nazir I dərəcəli 200 m məsafədə arxası üstə II yeri, 50 m məsafədə arxası üstə II yeri, 100 m məsafədə arxası üstə III yeri tutmuşdur.

 

18 noyabr 2014-cü il tarixindən 22 noyabr 2014-cü il tarixində keçirilən Azərbaycan çempionatında aşağıdakı nəticələri əldə etmişlər:

 

  1. Həsənova Elvira Səlim qızı arxa üstə üsulu ilə II yer
  2. Cəfərov Kamran Nəsib oğlu batterfləy üsulu ilə III yer
  3. İsmayılov Nazir Fizuli oğlu arxa üstə üsulu ilə III yer
  4. Ayxan Murad Yıldirimbatterfləy üsulu ilə IV yer

5.Ayxan TevfiqYıldirimbras üsulu ilə IV yerlərə layiq görülmüşdür.

 

19-21 fevral 2015-ci il Gürcüstanın Tibilisi şəhərində keçirilən Beynəlxalq Turnirdə isə aşağıdakı nəticələri əldə etmişlər:

İsmayılov Nazir Fizuli oğlu :

50m məsafədə arxası üstə II yer

100m məsafədə arxası üstə I yer

200m məsafədə arxası üstə Iyer

Ayxan Murad İldırım oğlu:

50m bras üsulu ilə III yer

Komandanın tərkibində estafet yarışlarında:

4 x 50m sərbəst üsul İsmayılov Nazir III yer

4 x 50m sərbəst üsul Ayxan Murad III yer

4 x 100m sərbəst üsul İsmayılov Nazir III yer

4 x 100m sərbəst üsul Ayxan Murad III yer

4 x 100m qarışıq üsul İsmayılov Nazir III yer

4 x 100m qarışıq üsul Ayxan Murad III yer