Üzgüçülərimiz Tbilisidən uğurla döndülər

DSC_0091
Fevralın 26-28-də Gürcüstanın Tbilisi şəhərində üzgüçülük üzrə Beynəlxalq Qış Çempionatı keçirilib.
Yarışda  Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun üzgüçülük bölməsinin idmançıları uğurla çıxış ediblər. Klubun idmançılarından Kamran Cəfərov 50 m məsafəyə batterflay üsulla üzmədə I, 200 m məsafəyə sərbəst üsulla üzmədə III, 4×100 m məsafəyə sərbəst üsulla estafet yarışlarında və 4×100 m məsafəyə qarışıq üsulla üzmədə komanda tərkibində II yerə çıxıb.
Nazir İsmayılov 200 m məsafəyə arxasıüstə üzmədə I, 100 m məsafəyə arxasıüstə üzmədə, 4×100 m məsafəyə sərbəst üsulla estafet yarışlarında komanda tərkibində, 4×100 m məsafəyə qarışıq üsulla üzmədə komanda tərkibində isə II yerə layiq görülüb. Orxan Heydərli 1500 m məsafəyə sərbəst üsulla üzmədə II yerə layiq görülüb. İdmançılarımızı bu yarışa klubun məşqçi-müəllimi Vaqif Nəsibov hazırlayıb.
DSC_0140
DSC_0077

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.