Üzgüçülük üzrə “Təhsil” RİM-in açıq çempionatı keçirilib

2014-12-05-16-36-09gal5

Fevralın 14-15-də Bakı şəhəri 171 saylı orta məktəbin üzgüçülük hovuzunda üçgüçülük idman növü üzrə “Təhsil” Respublika İdman Mərkəzinin açıq çempionatı keçirilib. Çempionatda İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun üzgüçülük bölməsinin idmançısı Nazir İsmayılov qeyd olunan məsafələrdə müxtəlif  üsullarla üzmədə müvafiq yerləri tutub.

50 m məsafəyə arxası üstə – I yer

100 m məsafəyə arxası üstə – I yer

100 m məsafəyə qarışıq üsulla – I yer

50 m məsafəyə sərbəst üsulla – II yer

İdmançımıız iyul ayında Gürcüstanın Tibilisi şəhərində keçiriləcək Avropa festivalında Azərbaycan yığma komandasının tərkibində iştirak edəcək. Klubun daha bir idmançısı Orxan Heydərli 50 m məsafəyə sərbəst üsulla üzmədə III yerə layiq görülüb. İdmançılarımızı bu yarışa klubun məşqçi-müəllimi Vaqif Nəsibov hazırlayıb.

 

 

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.