Türkiyə mətbuatı Xəzər İsayevin müəllifi olduğu “Azərbaycanda Ədalətli Oyunlar-20 il” kitabı ilə bağlı məqalə dərc edib

 

Türkiyənin tanınmış “Yenigun” qəzetində Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayevin müəllifi olduğu “Azərbaycanda Ədalətli Oyunlar-20 il” kitabından bəhs edən məqalə dərc olunub. Tanınmış jurnalist Avni Erboyun müəllifi olduğu “Azerbeycan spor tarihinə damga vuran kitab…” sərlovhəli yazıda Azərbaycan Respublikasinin Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkəmizdə ədalətli oyunlar hərəkatına verdikləri hərtərəfli dəstək xüsusi vurğulanıb. “Azərbaycanda Ədalətli Oyunlar-20 il” kitabının AzƏOK-un 20 illik fəaliyyətini geniş şəkildə əks etdirdiyi qeyd olunub.

Məqalədə Azərbaycan idmanı tarixində silinməz iz buraxan sərbəst güləş üzrə dünya və ikiqat Avropa çempionu Xəzər İsayevin idmanda qazandığı nailiyyətlərdən söz açılıb. Qeyd olunub ki, təcrübəli güləşçi bir idman mütəxəssisi olaraq Azərbaycan və dünya idmanının inkişafına öz töhfələrini verməkdədir. Bildirilib ki, Xəzər İsayevin rəhbərliyi altında uğurlu yol keçən AzƏOK Avropa və dünya qurumları ilə əlaqələrini yüksək səviyyədə qurub. Diqqətə çatdırılıb ki, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin Regional Ədalətli Oyunlar İnkişaf Mərkəzinin məhz Azərbaycanda yaradılması və Xəzər İsayevin bu mərkəzə rəhbər təyin olunması da bu sahədə qazanılan uğurların və səmərəli fəaliyyətin  nəticəsidir.

Qeyd edək ki, “Yenigun”qəzeti ilə yanaşı,  “Karsiyakarhaber.com”, “Kimseduymasin.com” internet saytları da kitabla bağlı məqalələr dərc ediblər.  

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …