Tag Archives: yunan-roma güləşi

DGK İSM “Gömrükçü”İK-nın yunan-Roma güləşçiləri Azərbaycan çempionatında 1 qızıl, 1 gümüş medal qazanıblar

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun yunan-Roma güləşçiləri də uğurlu nəticələr qazanıblar. Belə ki,   177 yunan-Roma güləşçisinin mübarizə apardığı çempionatda Taleh Məmmədov (63 kq) qızıl, İbrahim Nurullayev (55 kq) gümüş medal qazanıb. …

Ardını oxu »

Güləşçilərimiz Bakı çempionatında 2 qızıl, 2 bürünc medal qazanıblar

Noyabrın 3-5-də Hövsan Olimpiya İdman Kompleksində güləş üzrə Bakı çempionatı keçirilib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təmsilçiləri yunan-Roma güləşi üzrə qüvvələrini sınayıblar. İdmançılarımızdan Tehran Əminzadə (98 kq), Taleh Məmmədov (66 kq) qızıl, Tural Umayev (71 kq) və Salman Əlişanov (75 kq) bürünc medallar qazanıblar.

Ardını oxu »

Yunan-Roma güləşçilərimiz Azərbaycan birinciliyində 3 bürünc medal qazanıblar

Bakı İdman Sarayında gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi başa çatıb. Yarışda klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1997-1999-cu il təvəllüdlü idmançılar iştirak edib. Fevralın 24-də, ikinci yarış günündə yunan-Roma güləşi üzrə 169 pəhləvan mübarizə aparıb. Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun üzvləri …

Ardını oxu »

Güləş üzrə komandamız birinci olub

  Fevralın 5-də Hövsan Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsinə həsr edilmiş yunan-Roma güləşi üzrə IV “Birlik” xeyriyyə turniri keçirilib. Yarışda 2004-2006-cı illər təvəllüdlü idmançılar qüvvələrini sınayıblar. Turnirdə Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunu 2 komandanın tərkibində …

Ardını oxu »

Güləşçimiz qızıl medala sahib çıxıb

Dekabrin 9-dan 11-dək Gürcüstanın Tbilisi şəhərində uşaqlar arasında yunan-Roma güləşi üzrə Avtandil Maisuradzenin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin idmançısı Qadir Kərimov qızıl medal qazanıb. Qeyd edək ki, idmançımız finaladək 5 rəqibini mübarizədən kənarlaşdırıb.

Ardını oxu »

Bakı şəhər birinciliyindən 1 qızıl, 1 bürünc medal

  Oktyabrın 13-16-da Hövsan Olimpiya İdman Kompleksində 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilib. Oktyabrın 15-16-da keçirilən yunan-Roma yarışlarında Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin yetirmələri qızıl və bürünc medallara layiq görülüblər. Təmsilçilərimizdən məşqçi Araz Maqsudovun yetirməsi Əliheydər Əliyev (85 kq) qızıl, məşqçi …

Ardını oxu »

DGK İSM “Gömrükçü” İdman Klubunun yetirməsi hərbçilər arasında dünya çempionatının bürünc medalına sahib çıxıb

Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) təşkilatçılığı ilə keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı başa çatıb. 4 qitəni təmsil edən 35 ölkədən 300-dək idmançının mübarizə apardığı yarışın son iki yarış günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb. Qızıl medalı komandamıza 71 …

Ardını oxu »

Yunan-Roma güləşçisi Rəsul Çunayev “Rio-2016”da bürünc medal qazanıb

XXXI Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarında Azərbaycanı təmsil edən Rəsul Çunayev (66 kq) avqustun 16-da bürünc medal uğrunda mübarizədə Koreya Respublikasından olan Hansu Ryu ilə qarşılaşıb. Görüşdə R.Çunayevin rəqibinə qalib gəlməsi üçün 2 dəqiqə 20 saniyə lazım olub. Qarşılaşmada 8:0 hesabı ilə qalib gələn R.Çunayev XXXI Yay Olimpiya Oyunlarının …

Ardını oxu »

Sərbəst və yunan-Roma güləşi üzrə açıq birincilik keçirilib

Mayın 27-28-də Balaxanı Olimpiya İdman Kompleksində Respublika günü münasibətilə sərbəst və yunan-Roma güləşi üzrə Dövlət Gömrük Komitəsi İdman-Sağlamlıq Mərkəzinin açıq birinciliyi keçirilmişdir. Mayın 27-də keçirilən sərbəst güləş üzrə açıq birincilikdə Bakı şəhəri və regionlardan cəmi 13 komanda olmaqla, 244 idmançı iştirak etmişdir. 1998-2000-ci və 2001-2003-cü illər təvəllüdlü idmançılar arasında təşkil …

Ardını oxu »