Tag Archives: Taekvondo

DGK İSM “Gömrükçü”İK-nın taekvondoçuları Abşeron rayon açıq birinciliyində uğurla çıxış ediblər

  Yanvarın 12-13-də 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş taekvondo üzrə Abşeron rayon açıq birinciliyi keçirilib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təmsilçiləri də məşqçi müəllimlər Vurğun Cəfərov, Müqabil Məmmədov və Kazım Kazımovun rəhbərliyi altında qüvvələrini sınayıblar. Yeniyetmə və gənclər arasında keçirilən yarışda idmançılarımızdan Yusif Şükürov …

Ardını oxu »

Taekvondo üzrə Azərbaycan çempionatında Ədalətli Oyunlar Komissiyasının mükafatları təqdim olunub

Dekabrın 28-də taekvondo üzrə Azərbaycan çempionatının son günü Azərbaycan Ədalətli Oyunlar Komissiyasının 3 nominasiya üzrə mükafatları təqdim olunub. Mükafatları sahiblərinə MOK-un vitse-prezidenti, AzƏOK-un sədri Xəzər İsayev və Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov təqdim ediblər. “Ədalətli oyun prinsiplərinə sadiq hakim” Elşad Məmmədov “Ədalətli oyun prinsiplərinə sadiq məşqçi” …

Ardını oxu »

DGK İSM “Gömrükçü” İK-nın taekvondoçuları 4 qızıl, 1 gümüş, 4 bürünc medal qazanıblar

  Sentyabrın 29-30-da Azərbaycan Boks Mərkəzində “Qafqaz” Taekvondo Klubunun təşkilatçılığı, Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə yeniyetmələr arasında Açıq birincilik keçirilib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun taekvondoçuları da uğurla mübarizə apararaq 4 qızıl, 1 gümüş, 4 bürünc medal əldə ediblər. Təmsilçilərimizdən Zeynəb Məmmədova (33 kq), Nəriman …

Ardını oxu »

Gənc taekvondoçularımız “Sofia open” turnirində bir qızıl və bir bürünc medal qazanıblar

Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə beynəlxalq turnir keçirilib. Turnirə altı idmançı ilə qatılan gənclərdən ibarət Azərbaycan yığması bir qızıl və bir bürünc medala sahib olub. Komandamızın üzvü Xanoğlan Kərimov (51 kq) “G1” kateqoriyalı yarışda rəqiblərindən üstün olaraq turnirin qızıl medalına layiq görülüb. Onun komanda yoldaşı Bəhruz Quluzadə (48 kq) isə …

Ardını oxu »

DGK İSM “Gömrükçü” İK-nın taekvondoçuları Klublararası Avropa çempionatında uğurla çıxış ediblər

Fevralın 6-dan 9-dək Türkiyənin İstanbul şəhərində Türkiyə Taekvondo Federasiyası (TTF) və Avropa Taekvondo Birliyi (ATB) tərəfindən təşkil edilən 6-ci Klublararası Avropa çempionatı keçirilib. Avropa çempionatında gənclərdən ibarət milli yığma komandamız 17 idmançı ilə təmsil olunub. Respublikamızda fəaliyyət göstərən bir neçə taekvondo klubu ilə yanaşı, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin …

Ardını oxu »

DGK İSM “Gömrükçü” İK-nın taekvondoçuları “Gabala open” beynəlxalq açıq birinciliyini uğurla başa vurublar  

  Noyabrın 17-19-da Qəbələ Olimpiya İdman Kompleksində taekvondo üzrə “Gabala open” beynəlxalq açıq birinciliyi keçirilib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun taekvondoçuları da qüvvələrini sınayıblar. Klubun məşqçisi Vurğun Cəfərovun yetirmələri 2 qızıl, 2 gümüş, 4 bürünc medal qazanıblar. Xanoğlan Kərimov (48 kq), Emiliya Allahverdiyeva (24 kq) …

Ardını oxu »

Taekvondoçularımız  “Müstəqillik günü”nə həsr edilmiş taekvondo turnirində uğurla çıxış ediblər

Masallı rayonunda “Müstəqillik günü”nə həsr edilmiş taekvondo üzrə turnirə yekun vurulub. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin 2 saylı “Gömrükçü” İdman Klubunun taekvondoçuları ugurlu çıxış ediblər. Komandamız yarışı ümümlikdə, 3 qızıl, 2 gümuş və 4 bürünc medalla başa vurub. Məşqçi Vurğun Cəfərovun yetirmələri Ayxan Kazımzadə (-30 kq), İlkin Dünyamaliyev …

Ardını oxu »

Taekvondoçularımız “Ümid Cup” beynəlxalq turnirini uğurla başa vurublar

Quba şəhərində “Ümid” taekvondo klubunun təşkilatçılığı ilə keçirilən “Ümid Cup” beynəlxalq turniri başa çatıb. Komanda hesabında “Ümid” T.K. 1-ci, Xəzər komandası 2-ci, “Farhang” (İran) 3-cü, “Aran” T.K. 4-cü, Abşeron komandası isə 5-ci pilləyə layiq görülüb. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun taekvondoçuları da qüvvələrini sınayıblar. Klubun …

Ardını oxu »

Taekvondoçularımız şəhid Zaur Axundovun xatirəsinə həsr olunmuş yarışda uğurla çıxış ediblər

Iyunun 28-i və 29-da Tovuz Olimpiya İdman Kompleksində şəhid Zaur Axundovun xatirəsinə həsr olunmuş taekvondo idman növü üzrə yeniyetmə və gənclər arasında Tovuz rayon açıq birinciliyi keçirilib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun taekvondoçuları da mübarizə aparıblar. Klubun məşqçi-müəllimi Vurğun Cəfərovun yetirmələri Emiliya Allahverdiyeva (24 kq), …

Ardını oxu »