Tag Archives: sərbəst güləş

Sərbəst güləş üzrə VI açıq Respublika turnirindən 3 bürünc medal

Sentyabrın 28-30-da Şamaxı Olimpiya İdman Kompleksində Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin şərəfinə 2004-2005-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə VI açıq Respublika turniri keçirlib. Yarışda Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, İran, Qazaxıstan və Qırğızıstandan ümumilikdə 300-ə yaxın güləşçi mübarizə aparıb. Rəsmi şəxslər əvvəlcə şəhərdə yerləşən Heydər Əliyev …

Ardını oxu »

“Gömrükçü”İdman Klubunun ailəsinə ağır itki üz verib

 “Gömrükçü”İdman Klubunun ailəsinə ağır itki üz verib. İyulun 21-də klubun sərbəst güləş üzrə məşqçisi Sadiq İsayev vəfat edib. Qeyd edək ki, Sadiq İsayev Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayevin qardaşıdır. DGK İSM “Gömrükçü”İK-nın kollektivi Sadiq İsayevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə …

Ardını oxu »

DGK İSM “Gömrükçü” İK-nın güləşçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Martın 2-3-də İranın Mazandaran şəhərində sərbəst güləş üzrə gənclər arasında “Şəhid Haşeminecad Kuboku” uğrunda beynəlxalq turnir keçirilib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təmsilçisi Rahid Həmidli 125 kq çəki dərəcəsində uğurla çıxış edərək bürünc medala layiq görülüb. Məşqçi-müəllim Ceyhun Ağamalıyevin yetirməsi olan Rahid Həmidli medala gedən …

Ardını oxu »

20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə yekun vurulub

Bakı İdman Sarayında 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 21-ci beynəlxalq turnir başa çatıb. Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Rusiya, Qazaxıstan və Özbəkistandan olan güləşçilər iştirak edib. İkinci yarış günündə 48, 55, 65, 80 və 110 kq çəkidə sərbəst güləş üzrə 159 pəhləvan mübarizə aparıb. Çəki …

Ardını oxu »

Güləşçilərimiz Azərbaycan birinciliyində 1 gümüş, 2 bürünc medal əldə ediblər

Bakı İdman Sarayında gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi start götürüb. Yarışda klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1997-1999-cu il təvəllüdlü idmançılar iştirak edir. Fevralın 23-də, ilk yarış günündə sərbəst güləş üzrə 205 pəhləvan mübarizə aparıb. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü”İdman Klubunun sərbəst …

Ardını oxu »

Güləşçimiz Avropa birinciliyinin bürünc medalına sahib çıxıb

  İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir. Çempionatın ilk iki günündə sərbəst güləş üzrə yarışlar keçirilib və qaliblər müəyyənləşib. Yığma komandamızın üzvləri 1 qızıl, 3 gümüş və 7 bürünc medal qazanıb. Bu nəticə ilə yığmamız çempionatı komanda hesabında Rusiyadan sonra ikinci pillədə tamamlayıb. Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü”İdman Klubunun …

Ardını oxu »

Əməkdar məşqçi Oktay Hüseynovun xatirəsinə Respublika turniri keçiriləcək

İyunun 11-də Bakı İdman Sarayında Beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi, Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli hakim, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” Oktay Hüseynovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə kiçik yaşlı yeniyetmələr arasında açıq Respublika turniri keçiriləcək. Yarışda iştirak üçün Gürcüstan, Türkiyə və Alaniya komandalarına dəvət göndərilib. Yarışın keçirilməsində …

Ardını oxu »

Güləşçimiz AGF Kuboku turnirinin qalibi oldu

  “Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir start götürüb. Turnirdə Azərbaycanla yanaşı, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstan, İran, Bolqarıstan, Rusiya, İraq, Türkiyə və Qazaxstan pəhləvanları mübarizə aparır. İlk yarış günündə yunan-Roma güləşi üzrə 90 yeniyetmə …

Ardını oxu »

Mingəçevirdə sərbəst güləş üzrə respublika turniri keçirilib

Martın 26-28-də Mingəçevir şəhərinin THL-nın idman zalında sərbəst güləş idman növü üzrə yeniyetmələr arasında Novruz bayramına həsr olunmuş respublika turniri keçirilib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun sərbəst güləş bölməsinin idmançıları da iştirak ediblər. Yeniyetmələrimiz keçirilən yarışda uğurlu nəticələr əldə ediblər. Cavid Sadıqov (42 kq), Sarıvan Sadıqov (54 …

Ardını oxu »