Taekvondoçumuz Olimpiadaya yola düşüb

DSC_0007Azərbaycanı taekvondo idman növü üzrə «Rio 2016 Yay Olimpiya Oyunları»nda təmsil edəcək idmançılardan olan DGK İSM “Gömrükçu” İdman Klubunun üzvü Patimat Abakarova (-49 kq) və qadınlardan ibarət yığma komandamızın baş məşqçisi Sun Mi Park dünən Braziliyaya yola düşdü.
Xatırladaq ki,digər 3 taekvondoçumuz- Fəridə Əzizova (-67 kq), Milad Beigi Hərçəqani (-80 kq) və Radik İsaevin (80+ kq) yola salma mərasimi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında 12 avqust saat 23:30-da baş tutacaq. İnanırıq ki, idmançılarımız ona bəslənilən ümidləri doğruldaraq Azərbaycanın dövlət himnini səsləndirəcək, üçrəngli bayrağımızı dalğalandıracaqlar.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …