Taekvondoçumuz Patimat Abakarova Olimpiadada avqustun 17-də mübarizəyə qoşulacaq

13654334_656877344465239_7960352884932337055_nRio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarının taekvondo yarışları avqustun 17-də başlayacaq və 20-də başa çatacaq. Karioka-3 Arenasında keçiriləcək yarışlarda ölkəmiz ilk dəfə olaraq dörd idmançı – iki kişi və iki qadın taekvondoçu ilə təmsil ediləcək. Yarışlarda dünya və Avropa çempionu, birinci Avropa Oyunlarının qalibi Radik İsayev, Avropa Oyunlarının qalibi Milad Beigi Hərçəqani, qadın taekvondoçularımızdan isə Avropa Oyunlarının gümüş mükafatçısı, Avropa mükafatçısı Fəridə Əzizova, Avropa Oyunlarının bürünc, Avropa çempionatının gümüş mükafatçısı Patimat Abakarova qalib adı uğrunda mübarizə aparacaqlar.VtgvpmYD

49150-carioca 3
Qeyd edək ki, Patimat Abakarova Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təmsilçisidir. İnanırıq ki, taekvonoçumuz Olimpiya Oyunlarında  medal qazanaq ona bəslənilən ümidləri doğruldacaq.


3.patimat-abakarova-300x225

Adı: Patimat
Soyadı: Abakarova
Təvəllüdü: 23.10.1994
İdman növü: Taekvondo
Çəkisi: 49 kq
Təmsil etdiyi klub: “Gömrükçü”İK
Nailiyyətləri: I Avropa Oyunlarının bürünc mükafatçısı, hərbçilər arasında dünya çempionu (2015). Rio-2016-ya lisenziyanı Türkiyənin İstanbul şəhərində keçirilən Avropa Təsnifat Turnirində qazanıb.DSC_6950

 

Bu xəbərə də bax

Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının 20 illik yubileyi qeyd olunub

Sentyabrın 17-də Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) 20 illik yubileyi qeyd olunub. …