Taekvondoçumuz dünya birinciliyinin bürünc medalına sahib çıxıb

15079018_679775858860425_6865247696351671504_n

Gənc taekvondoçuların dünya birinciliyinə yekun vurulub. Kanadanın Burnabi şəhərində təşkil edilən yarışda 102 ölkədən 846 gənc taekvondoçu qatılıb. Dünya birinciliyində 14 idmançı ilə ölkəmizi təmsil edən baş məşqçi Məmməd Abdullayevin yetirmələri yarışları ümumilikdə 1-gümüş, 2 bürünc medalla başa vurublar. Qeyd edək ki, dünya birinciliyinin bir bürünc medalını komandamızın aktivinə Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun üzvü Ayaz Qəmbərli (-45 kq) qazanıb. Qeyd edək ki, Ayaz Qənbərli klubun taekvondo üzrə məşqçi-müəllimi Müqabil Məmmədovun yetirməsidir. Xatırladaq ki, yarışda klubun məşqçi-müəllimi Vurğun Cəfərovun yetirmələri-Cavid Məmmədov (48 kq) və Mehriban Məmmədova (42 kq),  məşqçi-müəllim Müqabil Məmmədovun rəhbərliyi altında isə Ayaz Qənbərli (45 kq) və Aliyə Zeynalova (44 kq) dünyanın ən güclüsü adı uğrunda mübarizəyə qoşulmuşdular. Qeyd edək ki, oktyabrın 27-30-da Serbiyanın Belqrad şəhərində təşkil edilən “Serbia Open” beynəlxaq turnirində təmsilçimiz Ayaz Qənbərli qızıl medala sahib çıxmışdı. 15095445_680105842160760_2162821340579336142_n 15109406_679775822193762_5132017907877763793_n 15135951_681073715397306_646068848888585005_n

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …