Taekvondoçumuz “DTF Prezident Kuboku”nun qalibi olub  

 

Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən “DTF Prezident Kuboku” yarışına yekun vurulub.

51 ölkədən 2182 taekvondoçunun iştirak etdiyi və sayca ikinci olan G2 kateqoriyalı “DTF Prezident Kuboku” yarışında millimizin idmançıları uğurlu çıxış edərək 2 qızıl, 2 gümüş və 4 bürünc, ümumilikdə 8 medala sahib olublar.

Sevindirici haldır ki, yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təmsilçisi də fərqlənib. Belə ki, yeniyetmələr arasında -41 kq çəki dərəcəsində yarışa qatılan taekvondoçumuz Ofeliya Allahverdiyeva rəqiblərinə şans verməyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, Ofeliya Allahverdiyeva klubun məşqçi-müəllimi Kazım Kazımovun yetirməsidi. Böyüklərdən ibarət yığma komandamızın üzvü Qaşım Maqomedov (-54 kq) və Radik İsaev (+87 kq) finala vəsiqə qazansalar da həlledici döyüşdən məğlub ayrılaraq gümüş medala layiq görülüblər. Sina Bahrami (-68 kq) isə yarışı yarmfinal mərhələsində başa vurub.

Turnirdə mükafatçılar sırasında yer alan idmançılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa birinciliyi və çempionatına öz çəkilərində əlavə lisenziya əldə ediblər.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev və eləcə də, baş məşqçilər Reza Mehmandosut, Elnur Amanov, Məmməd Abdullayev, Səbuhi Zülhüqarov, böyük məşqçilər Rəşad Əhmədov və Zahid Məmmədovun rəhbərliyi ilə turnirə yollanan millimiz mayın 2-də vətənə dönəcək.

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …