Taekvondoçularımızın Avropa çempionatında qazancı 3 medal olub

13254429_600961256741886_3221599899555028490_nİsveçrənin Montrö şəhərində böyüklər arasında keçirilən Avropa çempionatına yekun vurulub. Yarışın sonuncu günü kişilərdən ibarət yığma komandamızın iki üzvü – Payam Qobadi Oğaz (87 kq) və Radik İsayev (87 kq+) mübarizəyə qoşulub. Xorvatiyalı Nikola Bojo, fransalı MBar NDiaye və Britaniya idmançısı Damin Samsunu məğlub edən Payam Qobadi Oğaz yarımfinalda rusiyalı Vladislav Larinlə qarşılaşıb. Finala vəsiqə uğrunda döyüşdən məğlub ayrılan həmyerlimiz yarışın bürünc medalı ilə kifayətlənib.
13260112_718006734968419_4445600949417322650_n 13254290_10153765806252568_3000592826904911672_n 13239904_1728116760773839_2097406753637761663_n 13256263_481629288703349_8302005348492993079_n 13230140_952211324877455_8038984693406824366_nRadik İsayev isə elə ilk döyüşündə ukraynalı idmançı Mixailo Şelestə minimal hesabla (4-5) məğlub olaraq çempionatı tərk edib. Beləliklə, komandamız 37 ölkədən 387 taekvondoçunun qatıldığı Avropa çempionatında 3 medal qazanıb.
13230356_952211361544118_4540907615141858336_nQeyd edək ki, yarışın əvvəlki günlərində Milad Beigi Harçeqani (80 kq) qızıl, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun üzvü Patimat Abakarova (53 kq) isə gümüş medal əldə edib. Avropa çempionatında ölkəmizi hakim qismində Azərbaycan Taekvondo Federasiyasının (ATF) baş hakimi Elşən Quliyev təmsil edib.
13256310_952211414877446_3069673766600080017_n

Bu xəbərə də bax

Taekvondoçumuz  Avropa çempionatının bürünc medalına sahib çıxıb

 Mayın 10-dan 13-dək Rusiyanın Kazan şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatına yekun vurulub. Yarışda yığma …