Taekvondoçularımız Yunanıstanın paytaxtı Afinaya yola düşüblər  

 

Yunanıstanın paytaxtdı Afina şəhərində “DTF Prezident Kuboku” beynəlxaq yarışı keçiriləcək. 27 aprel tarixində startı veriləcək turnir dörd gün davam edəcək. Yeniyetmə, gənc və böyüklər arasındaki baş tutacaq bu mübarizədə 51 ölkədən 2182 taekvondoçu iştirak edəcək.
Turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa birinciliyi və çempionatına öz çəkilərində əlavə lisenziya əldə etmiş olacaqlar.

Qeyd edək ki, 2017-ci ildə Macarıstanda yeniyetmələr arasında, gənclər arasında isə Kiprdə Avropa birinciliyi, Belarusiyada isə böyüklər arasında Olimpiya çəki dərəcələrində Avropa çempionatı təşkil ediləcək.
Sayca ikinci olan G2 kateqoriyalı yarışda ölkəmizi 35 idmançı təmsil edəcək.

Qeyd edək ki, yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun idmançıları Patimat Abakarova (53 kq), Fizam Mehtiyev (-58 kq) böyüklər, Mirvari Qənbərli (-42 kq), Xanoğlan Kərimov (-45 kq), Ayaz Qənbərli (-51 kq) gənclər, Ofeliya Allahverdyeva (41 kq), Aysu Məmmədova (37 kq) yeniyetmələr arasında qüvvələrini sınayacaqlar.
Yarışlara Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev və eləcə də, baş məşqçilər Reza Mehmandosut, Elnur Amanov, Məmməd Abdullayev, Səbuhi Zülhüqarov, böyük məşqçilər Rəşad Əhmədov və Zahid Məmmədovun rəhbərliyi ilə bu gün turnirə yollanan millimiz 1 may tarixində vətənə dönəcək.

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …