Taekvondoçularımız Rusiyada keçirilən yarışda dörd medal qazanıb

    taekvondo-61138345

Dekabrın 3-dən 5-dək Rusiya Federasiyasının  Kabardin- Balkar Respublikasının paytaxtı Nalçik şəhərində taekvondo üzrə ənənəvi “ Cup of Elbrus” Beynəlxalq turniri keçirilib.

Yarışın ilk günündə- dekabrın 3-də Azərbaycan idmançılarından Fizam Mehdiyev 55 kq çəki dərəcəsində mübarizə apararaq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yarışın ikinci günündə Röya Süleymanova 26 kqçəki dərəcəsində qızıl, Gülsüm Həsənzadə 28 kqçəki dərəcəsində gümüş, Kənan Məmmədov isə 26 kqçəki dərəcəsində bürünc medal qazanıb.İdmançılarımız beynəlxalq turnirə baş məşqçi Vurğun Cəfərovun rəhbərliyi ilə qatılıblar. Məlumat üçün bildirək ki, ölkəmiz turnirdə 21 taekvondoçu ilə təmsil olunub.

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.