Taekvondoçularımız “Koreya səfiri kuboku”nda uğurla çıxış ediblər

Sentyabrın 15-dən 17-dək Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Taekvondo Federasiyası və Cənubi Koreya respublikasının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə “Koreya səfiri kuboku” keçirilib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təmsilçiləri də bacarıqlarını nümayış etdiriblər. Taekvondoçularımızın bu yarışda çıxışları uğurlu alınıb. Ümumi komanda hesabında “Qəbələ” T.K. birinci, 2 saylı “Gömrükçü” İ.K. ikinci, 5 saylı ”Gömrükçü” İ.K. isə üçüncü pilləyə sahib olub.

Klubun məşqçisi Vurğun Cəfərovun (2 saylı  “Gömrükçü” İK) yetirmələri Xanoğlan Kərimov (48 kq), Mehriban Məmmədova (46 kq) qızıl, Nihat Abbasov (45 kq), Ayla Bayramlı (42 kq) və Sənubər Əşrəfova (52 kq) gümüş medallara sahib çıxıblar.

Məşqçi Müqabil Məmmədovun (1 saylı  “Gömrükçü” İK) yetirmələri Məhəmməd Əlizadə (51 kq), Taleh Süleymanov (63 kq) qızıl, Ayaz Qənbərli (51 kq) gümüş medal əldə ediblər.

Məşqçi Kazım Kazımovun (5 saylı  “Gömrükçü” İK) yetirmələri Nərmin Süleymanova (52 kq), Yaşar Məmmədli (45 kq) qızıl, Ofelya Allahverdiyeva (42 kq) Fidan Babayeva (44 kq) gümüş, Zeynəb Gülüşova (46 kq), Zalikə Babayeva (49 kq) və Famil Rüstəmov (55 kq) bürünc medallar qazanıblar.

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …