Taekvondoçularımız Gəncə şəhər açıq birinciliyində 2 qızıl, 1 gümüş medal qazanıblar

 

Mayın 12-də Gəncə Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş taekvondo üzrə Gəncə şəhər açıq birinciliyi keçirilib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunu məşqçi-müəllim Kazım Kazımovun rəhbərliyi altında idmançılar təmsil ediblər. Klubun üzvlərindən Xəzər Həmidov (27 kq), Nərgiz Kazımova (37 kq) qızıl, Fərid Hümbətov (30 kq) gümüş medal qazanıb.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …