Taekvondoçularımız Açıq birincilikdə fərqləniblər

 

Aprelin 28-29-da Gəncə şəhərində Azərbaycan Taekvondo Federasiyasının dəstəyi və “Xəmsə” Taekvondo Klubunun təşkilatçılığı ilə qərb bölgəsi üzrə Açıq Birincilik keçirilib.

Məşqçi-müəllim  Müqabil Məmmədovun rəhbərliyi altında Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin 1 saylı “Gömrükçü” İdman Klubunun üzvlərindən Cavid Ələsgərov (33 kq), Ervin Ağamov (27 kq) gümüş, Rəhman Əliyev (22 kq) və Taleh Süleymanov (68 kq) bürünc medallara sahib çıxıblar.

2 saylı “Gömrükçü” İdman Klubunun (Sumqayıt filialı) oğlanlardan ibarət komandası klubun məşqçi-müəllimi Vurğun Cəfərovun rəhbərliyi altında çıxış edib. Komandamızın üzvlərindən Osman Osmanov (30 kq), Kənan Məmmədov (33 kq), Nihad Abbasov (49 kq) qızıl, Mirhilal Həsənov (37 kq), İlkin Dünyamalıyev (45 kq) gümüş, Elməddin İsayev (55 kq), Namiq Hacıyev (63 kq), Yusif Ələsgərli (37 kq) isə bürünc medallara sahib çıxıblar.

Bu xəbərə də bax

DGK İSM “Gömrükçü”İK-nın boks üzrə açıq birinciliyi keçirilib

  Oktyabrın 21-də Ramil Səfərov adına “Cənub” İdman Klubunun boks zalında Müstəqillik gününə həsr olunmuş Dövlət …