Taekvondoçularımız 31 Mart- “Azərbaycanlıların Soyqırımı Günü” münasibəti ilə keçirilən yarışda qüvvələrini sınayıblar

 

Martın 31-də Göygöl Olimpiya İdman Kompleksində  31 Mart- “Azərbaycanlıların Soyqırımı Günü” münasibəti ilə taekvondo üzrə beynəlxalq yarış keçirilib. Yarışda  Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təmsilçiləri də məşqçi-müəllimlər Müqabil Məmmədov və Vurğun Cəfərovun rəhbərliyi altında qüvvələrini sınayıblar. İdmançılarımızdan Qəmbərli Mirvari (52 kq), Nicat Hacıyev (57 kq), Taleh Süleymanov (78 kq) qızıl, Məryəm Vəlizadə (42 kq), Sona Ağayeva (44 kq), Kənan Məmmədov (45 kq),  Ayla Bayramova (52 kq) gümüş, Səid Məmmədov (27 kq) və Nihad Abbasov (48 kq) isə bürünc medallar qazanıblar.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …