Taekvondoçular “Tbilisi-open” turnirini uğurla başa vurublar

 

Noyabrın 9-10-da Gürcüstanda taekvondo üzrə “Tbilisi-open” turniri keçirilib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təmsilçiləri mübarizə aparıblar. Məşqçi-müəllim Müqabil Məmmədovun yetirmələri Mirvari Qəmbərli (52 kq), Məryəm Vəlizadə (44 kq) qızıl, Nicat Hacıyev (55 kq), Səriyyə Bağırova (52 kq) gümüş, Ziya Həsənli (37 kq), Nəzrin Muradova (47 kq), Nihad Həsənli (45 kq) isə bürünc medal qazanıblar.

Məşqçi-müəllim Vurğun Cəfərovun yetirmələri Malik Abbasov (37 kq), Aylin Eynullayeva (49 kq), Nihad Abbasov (55 kq) qızıl, Kənan Məmmədov (45 kq), Sona Ağayeva (44 kq) gümüş medal qazanıb.

Məşqçi-müəllim Kazım Kazəmovun yetirmələrindən Nərgiz Kazımova (37 kq) qızıl, Ofeliya Allahverdiyeva (49 kq) gümüş medal qazanıblar.

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …