Taekvondo üzrə açıq respublika birinciliyi keçirilib

1327406179_mg_0445

Masallı Olimpiya İdman Kompleksində Dövlət Gömrük Komitəsinin 20 illiyinə həsr olunmuş taekvondo üzrə açıq respublika birinciliyi keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklillər və gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Tədbirin açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev gömrük işçilərini qurumun 20 illiyi münasibətilə təbrik etmiş, idmançılara uğurlar arzulamışdır.
Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin ölkəmizdə idmana böyük diqqət və qayğısının nəticəsində bu gün idmançılarımız Azərbaycan bayrağını dünyanın əksər ölkələrində dalğalandırır, himnimizi səsləndirirlər. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2012-ci ilin “İdman ili” elan olunması ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində daha böyük uğurların qazanılmasına, idmanın maddi-texniki bazasının genişləndirilməsinə böyük şərait yaradacaqdır.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Astara Gömrük İdarəsinin rəisi Hikmət Məmmədov çıxış edərək respublikada bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından danışmışlar.
Mərasimdə rayonun “Halay” folklor ansamblı və rayon bədii özfəaliyyət kollektivləri konsert proqram ilə çıxış etmişlər.
1995-1997-ci il təvəllüdlü yeniyetmə və gənclər arasında keçirilən və iki gün davam edən respublika birinciliyində müxtəlif çəki dərəcələrində 17 komanda qalib adı uğrunda mübarizə aparmışdır.
Qaliblərə kubok və medallar, fərqlənən idmançılara isə qiymətli hədiyyələr, diplomlar təqdim edilmişdir.

1327406131_mg_0429 1327406487_mg_0449

 

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.