“Taekvondo tariximizdə ilk medalımızı qazanmaq şərəfi mənə nəsib olduğu üçün xoşbəxtəm”

14045708_10154415141378669_4830048451481363450_nMedal döyüşündən dərhal sonra Rio-2016-nın bürünc medalçısı, taekvondoçumuz Patimat Abakarova “İdman” qəzeti əməkdaşının suallarını cavablandırıb.
– İlk döyüşdə çox həyəcanlı idim. Demək olar ki, tam açılışanadək məğlub oldum. Təsəlli yarışında iştirak etmək şansı yarananda özümə söz verdim ki, bu imkandan istifadə etməliyəm. Bilirəm ki, çoxları mənim medal qazanacağıma inanmırdı. Lakin mənim inamım var idi. Özümə söz verdim ki, nə olursa olsun bu döyüşü udmalıyam. Rəqib çox güclü idi və hesab bərabər gedirdi. Hiss etdim ki, sonadək mübarizə aparsam uda bilərəm. Son saniyələrdə qələbəni əldə edə bildim. İlk qələbəm məndə arxayınlıq, özünəinam yaratdı. Medal uğrunda döyüşüm gözlədiyim kimi çətin olmadı və medalı əldən vermədim.
– Məğlub olduğun serb idmançısı finala çıxmasaydı sən təsəlli yarışına qoşula bilməyəcəkdin.
– Bəli. Ona görə də məğlub olduqdan sonra Tiyana Boqdanoviçin qələbəsi üçün dua edirdim. Sağ olsun, mənim gümanlarmı yanıltmadı (gülür).
– Taekvondo idman növündə ilk olimpiya medalını ölkəmizə sən qazandırdın. Nə hisslər keçirirsən?
– Bəli. İnanın o qədər sevinirəm və həyəcanlıyam ki, sözlə ifadə edə bilmirəm. Mən bura medal üçün gəlmişdim və qazandım. Taekvondo tariximizdə ilk medalımızı qazanmaq şərəfi mənə nəsib olduğu üçün də xoşbəxtəm.

Bu xəbərə də bax

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan millisinin hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc medal var

Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunları davam edir. Hazırda Azərbaycan millisinin …