Taekvondoçularımız Qəbələdən uğurla döndülər

d456d49c-704e-4f10-bf5d-20c1a32ad464
Martın 25-26-da Qəbələ Olimpiya İdman Kompleksində “Qəbələ İdman Klubu”-nun taekvondo idman növü üzrə yeniyetmələr və uşaqlar (oğlanlar və qızlar) arasında açıq birinciliyi keçirilib.
Açıq birincilikdə Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun Bakı, Göyçay və Ağdaş komandaları iştirak  edərək uğurlu nəticələr əldə ediblər.
Uşaqlar arasında “Gömrükçü” Bakı komandasının idmançıları İşli Erkan Ərdoğan (30 kq), Rüstəm Yusifov (33 kq), Raya Məmmədova (27 kq) birinci, Səriyə Bağırova (33 kq) ikinci, Rəhman Əliyev (20 kq) üçüncü yeri tutub.

Yeniyetmələr arasında Mirvari Qənbərli (41 kq) qalib adını qazanıb.
İdmançılarımız yarışlarda məşqçi-müəllimləri Müqabil Məmmədovon rəhbərliyi altında iştirak ediblər.
“Gömrükçü” Göyçay komandasının yetirmələri arasında isə uşaqlar arasında Nərgiz Kazımova (27 kq) birinci, Mələk Xəlilova  (21 kq) ikinci,  Abduləli Əliyev (26 kq), Turhan Qurbanov (40 kq), Turqay Qurbanov (44 kq), Rəvanə Nuri  (30 kq) üçüncü olublar. Yeniyetmələr arasında Aysu Məmmədova (33 kq), Ofelya Allahverdiyeva (37 kq) birinci, Asim Məmmədov (37 kq), Aysel Süleymanova (29 kq)  ikinci,  Yaşar Məmmədli (37 kq) üçüncü yeri tutublar.  Göyçay komandasının üzvləri yarışlarda məqşçi-müəllim Kazım Kazımovun rəhbərliyi altında iştirak ediblər.
f798ba16-75ea-4d39-95ab-267523f29a98
fde43ae2-6907-4862-a6ea-d19700e7249b
630bbb3b-c59e-47ce-a888-8d8bc95122ee

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.