Təmsilçilərimiz Mixail Xerqianinin xatirəsinə həsr olunmuş turnirdə iştirak edəcəklər

image-20-04-14-16-52
Avqustun 31-dən sentyabrın 5-dək Gürcüstanın Svaneti vilayətində yerləşən Mestia şəhərində idman dırmanması üzrə əfsanəvi  dağçı Mixail Xerqianinin xatirəsinə həsr olunmuş turnir keçiriləcək. İdmançılar suni relyefdə sürət və çətinlik, eləcə də təbii qayalarda keçiriləcək fərdi yarışlarda qüvvələrini sınayacaqlar. Yarışda Azərbaycanın 9 idmançısı yığma komandanın tərkibində çıxış edəcək. Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü”İdman Klubunu yarışda 4 idmançı təmsil edəcək.  İdmançılarımız yarışlara son hazırlıq prosesini “Climbaku” İdman Dırmanması Mərkəzində keçiblər. Xatırladaq ki, ötən ay yığmamız Gürcüstan kubokuna sahib çıxmışdı.

IMG_6197

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …