Təmsilçilərimiz Arkoda idman dırmanması üzrə yarışlarda çıxış edirlər

  

Avqustun 3-də İtaliyanın Arko şəhərində idman dırmanması üzrə “Rock Junior” festivalına start verilib. Yarışda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının və Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunu Toğrul və Mədinə Abdullayevalar təmsil edirlər. Qeyd edək ki, 2009-cu il təvəllüdlü idmançımız Mədinə Abdullayeva  boldrinq, çətinlik və sürət növü üzrə yarışlarda qüvvəsini sınayacaq. Daha sonra təmsilçimiz atası Toğrul Abdullayevlə birgə  sürət üzrə keçiriləcək ailəvi yarışlarda (“Family race”) da çıxış edəcək. Yarışa avqustun 5-də yekun vurulacaq. Təmsilçilərimizə uğurlar arzulayırıq!

 

 

 

 

Bu xəbərə də bax

“Gömrükçü”İdman Klubunun ailəsinə ağır itki üz verib

 “Gömrükçü”İdman Klubunun ailəsinə ağır itki üz verib. İyulun 21-də klubun sərbəst güləş üzrə məşqçisi Sadiq …