Tələbələri arasında Futbol üzrə VII Respublika çempionatının açılış mərasimi keçirilib

Fevralın 22-də futbol üzrə ali və orta ixtisas təhsiil müəssisələrinin tələbələri arasında Futbol üzrə VII Respublika çempionatının açılış mərasimi keçirilib.

İlk oyun Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və Azərbaycan Tibb Universiteti komandaları arasında keçirilib. Topa ilk zərbəni veteran futbolçumuz İsgəndər Cavadov vurub.

Gərgin mübarizə şəraitində keçən oyun ADBTİA-nın qələbəsi ilə başa çatıb.Çempionat Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin (ATFF) 2016-2020-ci illərdə fəaliyyət planına əsasən, ATFF və Azərbaycan Futbol Federasiyası Assosiasiyasının təşkilatçılığı, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Sahə Futbol Federasiyasının dəstəyi ilə keçirilir.

Yarımqrup oyunlarının 4-ü Bakı şəhərində, ikisi isə regionlarda (Şirvan şəhər və Göygöl rayonunda) keçiriləcək.
FİFA-nın mövcud qaydaları əsasında keçiriləcək oyunlar AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunacaq.

Çempionat aprelin 22-də başa çatacaq.

Çempionatda I, II və III yerləri tutan komandalar diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Həmçinin təsis edilmiş 5 nominasiya üzrə seçiləcək tələbə futbolçular xüsusi mükafatlarla təltif olunacaq.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …