Tələbələr arasında futzal üzrə respublika birinciliyinin final mərhələsinə yekun vuruldu

DSC_0019

DSC_0012

Iyunun 6-da Bakı İdman Sarayında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə Respublika birinciliyinin finalı mərasimi keçirildi. Mərasimdə MOK-nin vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Tələbə Futbolu Federasiyasının prezidenti, təhsil nazirinin müavini, Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, AFFA-nın baş katibi Elxan Məmmədov, BDU-nun rektoru Abel Məhərrəmov, ADBTİA-nın rektoru Fuad Haciyev və digər şəxslər iştirak edirdilər. Çıxış edən təhsil nazirinin müavini, Tələbə Futbol Federasiyasının prezidenti Firudin Qurbanov mükafat qazanan komandaları təbrik edərək onlara gələcək yarışlarda uğurlar arzuladı. Azərbaycanda idmanın inkişafından danışan nazir müavini bildirdi ki, Prezident İlham Əliyevin diqqəti və qayğısı nəticəsində idmanın təşəkkül tapması üçün dövlət tərəfindən xüsusi proqramlar həyata keçirilir.

DSC_0096

DSC_0129

O qeyd etdi ki, çempionatın keçirilməsində məqsəd  tələbə futbolçuların ustalıq səviyyəsini artırmaq və gəncləri  sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir. “Gərgin mübarizə bir daha nümayiş etdirdi ki, ölkəmizdə futbola böyük maraq var”-, deyə o əlavə etdi. Təhsil Nazirliyinin idmanın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər haqqında məlumat verən Firudin Qurbanov bildirib ki, ümumtəhsil, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin şagird və tələbələri arasında mütəmadi olaraq yarış, turnir və çempionatlar təşkil olunur. Hazırda təhsil sistemində 2 ixtisaslaşmış uşaq-gənclər futbol məktəbi və 60 uşaq-gənclər idman məktəbində futbol bölməsi fəaliyyət göstərir. Həmin məktəblərdə 11 mindən çox yeniyetmə və gənc futbolla məşğul olur, 400-ə yaxın məşqçi-müəllim çalışır. Nazir müavini yeni idman meydançalarının salınması istiqamətində də əhəmiyyətli işlər görüldüyünü vurğulayıb.

DSC_0029Eyni zamanda uşaq-gənclər futbol məktəblərinin və idman məktəblərində fəaliyyət göstərən futbol bölmələrinin məşqçi-müəllimlərinin peşəkarlıq səviyyəsini artırmaq, ehtiyat futbolçu hazırlığına təkan vermək məqsədilə AFFA ilə birgə tədbirlər təşkil olunur. Üçüncü yer uğrunda Azərbaycan Dövlət Kooperasiya Universitetinin komandası Azərbaycan Dövlət İqtisad Universitetinin komandası ilə qarşılaşdı.

DSC_0147Bu oyunda qalib gələn Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri bürünc medala layiq görüldü. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası  və Bakı Dövlət Universiteti arasında keçirilən final oyunu 9:2 hesabı ilə ADBTİA tələbələrinin xeyrinə başa çatdı.

DSC_0155Qeyd edək ki, ilk dəfə keçirilən yarışın məqsədi ali və orta ixtisas təhsili məktəblərinin tələbələri arasında futbolun kütləviliyini artırmaq və tələbələrdən ibarət futbol üzrə yığma komandanın beynəlxalq səviyyədə layiqincə təmsil olunmasını təmin etmək idi. AFFA, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirlikləri, Futzal Futbol Federasiyasının dəstəyi ilə keçirilən Respublika birinciliyində ümumilikdə 40-a yaxın komandanın iştirak edib.

DSC_0226 DSC_0218

Bu xəbərə də bax

Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında keçirilən futzal üzrə ənənəvi çempionatın püşkatma mərasimi keçirilib

Fevralın 15-də Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan …