Stend atıcılığı

579mn6r9s9atnq2o15kgc4p0k0aticiliq

Güllə atıcılığı – idman növü. Olimpiya Oyunlarına atıcılığın iki növü, güllə atıcılığı və oxatma daxildir. Birinci növə pnevmatik, kiçik çaplı tapançadan və stenddən atıcılıq daxildir. Bu idman növü güllə ilə və stend atıcılığında dəqiq nişan almaq yarışlarıdır.

Güllə atıcılığı kiçik kalibrli və Amerika tüfəngləri ilə, tapançalarla və revolverlərlə keçirilir. Tüfənglərdən uzanaraq, dizi üstə və ayaq üstə 25m-dən 300m məsafəyə qədər atəş açırlar. Hər atəş üçün 3 dəqiqəyə qədər vaxt ayrılır. Bu “yavaş” atıcılıq adlanır. Lakin “sürətli” atıcılıq da var: məsələn, Amerika tüfəngindən 300m məsafəyə 30 saniyə ərzində 5 atəş açmaq .

Çox zaman atəş hərəkətsiz hədəflərə açılır. Kağız və karton hədəf üzərində qara dairə və onun ətrafında zonalar cızan konsentrik çevrələr çəkilir. Mərkəzə vurmaq 10 xal, sonrakı zonaya 9 xal…. axırıncı zonaya vurmaq 1 xal sayılır. Hərəkət edən hədəflərə atıcılıq müxtəlif cür olur: “qaçan maral”a 100 m məsafədən, “qaçan cüyür”ə 50m məsafədən atəş. Heyvanın natural böyüklükdə çəkilmiş profilində 5, 4, 3, 2 və 1 xalı göstərən dairələr çəkilir. Xüsusi qurğunun köməyi ilə “maral” 5,4 m/san., “cüyür” isə 4m/san. sürətlə hərəkət edir. Hədəfi ayaq üstə bir və ya iki güllə vurmaq lazımdır.

Tapançalardan və revolverlərdən ayaq üstə 25m və 50m məsafədəki hərəkət və ya peyda olan hədəflərə atəş açırlar.

Güllə atıcılığının çoxlu müxtəlif terminləri var. Stend atıcılığı – ov tüfəngindən qırma ilə uçan hədəfləri (kiçik boşqabları) vurmaqdır. Bu boşqablar xüsusi maşınla 20m/san. sürət ilə tullanılır. Stend atıcılığı üzrə dünya və olimpiya birincilikləri keçirilir.

Stend atıcılığı qədim idman növlərindən biri sayılır. Qədimdən atıcılıq həvəskarları göyərçinlərə atəş açaraq öz aralarında yarışlar keçirirdilər.Yarış qaydalarına əsasən göyərçinləri şlyapa altına və ya qutunun içinə otuzdurub sonra isə ipi dartaraq göyərçini buraxırdılar və onu uçan zaman göydə vurmalı idilər.Lakin XIX əsrin 30cu illərinin  axırlarında Bostolu atıcı Portlok tərəfindən şar formasında ölçüsü 6.5 sm olan süni hədəf və onu atmaq üçün makina icad edilmişdir. Bir neçə zaman sonra onun həmyerlisi A.Boqardus hədəfləri 35 metr atan makina icad edir. Yarışlarda hədəflərin vurulmasının daha effektli olunması üçün şarların içinə rəngli tük və ya toz ilə doldururdular.Boşqab formasında hədəflərin və onları atmaq üçün makinalar 1880-cı ildə Sinsinatili Liqovski tərəfindən icad olunmuşdur.Zaman keçdikcə bu idman ABŞ-dan Fransaya və Almaniyaya sonra isə bütün Avropa ölkələrinə yayılır və bu idman növü süni göyərçinlərə atəş adlanır.O zaman bir neçə makina qarşıda quraşdırılırdı və bu makinalardan hədəf buraxılaraq onlara atəş açılırdı,lakin sonralar atışı çətinləşdirmək üçün makinaları səngərdə quraşdırmağa başladılar və onların sayını 15 makinaya çatdırırdılar və bu növə “Sənqər Stendi” (Trap) adı verildi. İnqlabdan əvvəl Rusiyada bu idman növü üzrə yalnız Moskva şəhərində imperator ov həvəskarları cəmiyyətində məşğul olurdu. XX-ci əsrin əvvəllərində stend atıclığında  yeni bir növ yaradılır,bu qarşı-qarşıya budkalarda quraşdırılan iki makinadan ibarət olur və meydançada atış nömrələri dairə ilə quraşdırıldığını nəzərə alaraq “Dairəvi Stend” (Skeet) adlandırırlar. XX-ci əsrin sonralarında stend atıcılığında daha bir növ yaradılır bu səngərdə yerləşdirilən və qoşa çıxan hədəflərə atəş açıldığından  “Qoşa Səngər Stendi” (Double trap) növü adı verilir və bu günə qədər Olimpiya Oyunlarında,Dünya və Avropa çempionatlarında stend atıcılığında üç növ Səngər stendi (Trap),”Dairəvi stend” (Skeet).

Stend atıcılığı idman növü Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunda 24 Dekabr 2014-cü il tarixindən etibarən fəaliyyət göstərir.Bu idman növü üzrə ictimai məşqçi-müəllim kimi Olimpiya çempionu Zemfira Meftahətdinova fəaliyyət göstərir.

Klbumuzda bu idman növü yeni yaradılmasına baxmayaraq bir çox nailiyyətlərəldə etdilmişdir. Belə ki, Qatar ölkəsinin Doxa şəhərində keçirilən açıq birincilikdə Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun yetirməsi Ağazadə Niyaz Zakir oğlu dairəvi stend üzrə III yerə layiq görülmüşdür.

Eyni zamanda bu il ölkəmizdə keçiriləcək Bakı2015 Avropa Olimpiya Oyunlarına stend atıcılığı üzrə Klubun yetirməsi olan Quliyev Əlimirzə Məlik oğlu lisenziya qazanmışdır.