“Sport Time” jurnalının təqdimat mərasimi keçirilib

Mərasimdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Xəzər İsayev, MOK-un baş katibi Ağacan Abıyev, jurnalın baş redaktoru Jalə Rzabəyli və idman və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.MOK-un baş katibi A.Abıyev çıxış edərək jurnalın fəaliyyətinin ölkəmizin idman siyasətinə, idmanın inkişafına dəstək olduğunu bildirib. O, Azərbaycanda idmanın inkişafından danışıb, ölkəmizin dünyanın idman mərkəzlərindən biri olduğunu vurğulayıb.

A.Abıyev “Sport Time” jurnalının kollektivinə fəaliyyətlərində uğurlar arzulayıb.

“Sport Time” jurnalının baş redaktoru J.Rzabəyli jurnalın fəaliyyət istiqamətləri, burada yer alan məqalələr, rubrikalar haqında məlumat verib.O qeyd edib ki, “Sport Time” jurnalının son buraxılışı 2016-cı ilin idman yekunlarına hərs edilib. Onun sözlərinə görə, jurnalda dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin ilin idman yekunlarına dair çıxışı, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun gənclər siyasətinə aid nitqi, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin  keçirdiyi görüş və idman ictimaiyyətinin tanınmış simaları barədə maraqlı məqalələr dərc olunub. J.Rzabəyli bildirib ki, jurnalda Gimnastika, Taekvondo, Ağır atletika, Atıcılıq, Cüdo, Kikboksinq və Qol güləşi Federasiyalarının 2016-cı ildə qazandıqları nailiyyətlər də yer alıb.Daha sonra MOK-un vitse-prezidenti Xəzər İsayev çıxış edib. O,  “Sport Time” jurnalının uğurla fəaliyyət göstərdiyini, ölkəmizin idman yeniliklərini, aktual mövzuları işıqlandırdığını diqqətə çatdırrıb. X.İsayev jurnalın uğurlu fəaliyyətinin davamlı olmasını arzulayıb.

“Sport Time” jurnalına aid videoçarx izlənildikdən sonra qonaqlar nəşr haqında fikirlərini bildiriblər.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …