Sevil Əliyevanın oğlu Azər Əliyev Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin olunub

600@0 (1)Ağır Atletika Federasiyasında (AAAF) yeni təyinat olub. Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti postuna Azər Əliyev gətirilib.
Qeyd edək ki, Azər Əliyev Heydər Əliyevin qızı Sevil xanım Əliyevanın oğludur.
“Gomrükçüism”-ın məlumatına görə, Sevil Əliyeva bu barədə məlumatı virtualaz.org-a təsdiqləyib. “Azər Əliyev Azərbaycana kömək qərarı verib. O, Böyük Britaniyada gözəl təhsil alıb və magistrdir. Bundan əlavə, həmişə peşəkar səviyyədə idmanla və ağır atletika idman növü ilə məşğul olub. Azər Əliyev həmişə Azərbaycan yığma komandasının tərkibində müxtəlif yarışlarda iştirak edib. Onun çoxlu medalı var”, – Sevil Əliyeva deyib. Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin rəhbər heyəti və kollektivi adından Azər Əliyevi Ağır Atletika Federasiyasının vitse-prezidenti seçilməsi münasibətilə təbrik edir ona yeni yaradıcılıq uğurları arzulayırıq.600@0

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …