Şaolin döyüş sənəti

Əsası 495-ci ildə hind buddisti Bxadra tərəfindən qoyulmuşdur. 530-cu ildə bu məbədin ilk patriarxı hind buddisti Bodhitharma olur. 620-ci ildə 13 şaolin rahibinin köməyi ilə Li Şiminyu məbədin başçısı olur. Onun dövründən başlayaraq burada döyüş sənətləri öyrənilir.

1928-ci ildə Şi Yuan adında ordu başçısı Şaolin məbədini yandırır. Bu vaxtda artıq məbəddə heç kim olmur və heç kəs döyüş sənətlərini öyrənmir. Tszi Tsinin oğluna bura yenidən qayıtmaq və rahiblərə döyüş sənətlərini öyrətmək təklif olunur. Müasir Şaolin ustaları məhz ondan döyüş sənətinin sirlərini öyrənmişlər.

1994-cü ildə ABŞ-da ilk Şaolin məbədinin əsası qoyulmuşdur.

Şərq döyüş növlərinin tarixi Şaolin Məbədinə əsaslanır. Çində, YaponiyadaKoreyada və digər Asiya ölkələrində yaranan bu döyüş növlərinin qismən də olsa bir-birinə oxşamasına səbəb onların Şaolin Məbədində yaranan Uşu ilə sintezidir. Belə ki, Kunq Fu yarandğı vaxtlarda onu çinlidən başqasına öyrətmək qadağan idi. Lakin bəzi çinli tacirlər Asiya ölkələrinə səfər zamanı Kunq Fu ilə maraqlanan bəzi adamlara öyrətdilər.

Azərbaycan Şaolin Döyüş Sənəti

Şaolin Döyüş Sənəti idmanı Azərbaycanda 1993-cü ildən fəaliyyətə başlamışdır, dünyada isə 1500 il tarixi var. Azərbaycanda isə Federasiya rəsmi qeydiyyatdan keçdikdən sonra Şaolin Döyüş Sənəti idmanı daha geniş inkişaf etmişdir. Şaolin Döyüş Sənəti idmanı Döyüş və Taoludan ibarətdir. Döyüşü  Sanda döyüşüdür, Sanda döyüşü də üç bölməyə aiddir. Peşəkar Sanda, Həvəsgar Sanda və Yüngül Sanda. Bizim idmançılarımız əsasən Sanda, Peşəkar Sanda və Taoludan çıxış edirlər. 2002-ci ildən Şaolin Döyüş Sənəti idmanı Gömrükcü İdman Saglamlıq Mərkəzində fəaliyyət göstərir. İdmançılardan 10 nəfərə yaxın döyüşçümüz Avropa və Dünya çempionu olmuşdur.

Ümumilikdə Azərbaycanda isə Azərbaycan Şaolin Döyüş Sənəti Federasiyasının 100-dən çox idmançısı Avropa və Dünya Çempionu olmuşdur və bir neçə məşqçisi Respublikanın əməkdar məşqçi fəxri adına layiq görülmüşdür.

Gömrükcü İdman Sağlamlıq mərkəzində isə Reskublikanın əməkdar məşqçisi Rafiq Əliyev Baş Məşqçi olaraq Şaolin Döyüş Sənəti idmanını inkişaf etdirir.

Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin rəhbərliyi tərəfindən digər

Idman növlərinə olduğu kimi bu idman növünün də inkişafına xüsusi diqqət ayrılmaqdadır.

Bu məqsədlə, 25 may 2014-cü ildə Dövlət Gömrük Komitəsi  İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü”  İdman  Klubu  ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Şaolin döyüş sənəti idman növü üzrə yarış təşkil etmişdir.  Bakı şəhəri Azərbaycan Texniki Universitetinin idman zalında  baş tutan yarış kiçik yaşlı yeniyetmələr, yeniyetmələr və gənclər arasında  keçirilib. Yarışda  kiçik yaşlı yeniyetmələrdən 49, yeniyetmələrdən 45, gənclərdən isə 36 idmançı iştirak edib. 21 çəki dərəcəsində mübarizə aparan və I, II, III yerə sahib olan idmançılar medal, diplom və hədiyyələrlə, həmçinin komanda hesabında kuboklarla mükafatlandırılıb. Qeyd edək ki, yarışın sonunda Ədalətli Oyunlar Prinsipinə sadiq olaraq ən yaxşı hakim naminasiyasına Hüseynov Ruhi, ən yaxşı məşqçi naminasiyasına Əliyev Rauf, ən yaxşı idmançı naminasiyasına Gərayzadə Rauf  layiq görülərək DGK-nın  İdman Sağlamlıq Mərkəzinin baş direktoru  Xəzər İsayev tərəfindən mükafatlandırılmışdır.

Həmçinin 2015-ci ilin Yanvar ayında “20 Yanvar” şəhidlərinin 25 illiyinə həsr olunan şaolin döyüş sənəti idman növü üzrə açıq birincilik keçirilmişdir.

Turnirdə iştirak edən idmançılar əvvəlcə Şəhidlər xiyabanını ziyarət edib, daha sonra yarışlara start verilmişdir.

Azərbaycan Texniki Universitetinin idman zalında keçirlən çempionatda paytaxt və respublikanın digər şəhər və regionlarından olan 11 komandadan 101 idmançı mübarizə aparıb. Turnirdə kiçik yaşlı yeniyetmələr, yeniyetmə və gənclər arasında bütün yaş qrupu və çəki dərəcələri üzrə idmançılar qüvvələrini sınayıblar.

Məqsəd İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunda ən güclü idmançıları aşkara çıxartmaq, milli komandaya yeni idmançıları cəlb etməklə yanaşı, kiçik kadetlər, kiçik yeniyetmələr, yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin yüksəldilməsinə zəmin yaratmaq olub.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın sonunda qalib adı qazanan idmançılar diplom, kubok və qiymətli hədiyyələrlə təltif olunub. Eyni zamanda, yarışda fərqlənən ən texnikalı, ən gənc və ən əzmkar idmançılara, həmçinin hər yaş qrupunda seçilən məşqçilərə və hakimlərə klub tərəfindən mükafatlar təqdim olunub.

Uğurlarımızın ardı var…