Şahmat üzrə açıq birincilik keçirilib

69c5af0ff30dab15051127b2fb0929e6b72660c8

Mayın 7-də Bakı şəhərində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı və Azərbaycan Şahmat Federasiyasının dəstəyilə ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə  həsr olunmuş hüquq-mühafizə orqanlarının əməkdaşları arasında şahmat üzrə açıq birincilik keçirilmişdir.

Respublika Şahmat Mərkəzində təşkil olunmuş yarışa 9 dövlət qurumu – Dövlət Gömrük Komitəsi, Respublika Baş Prokurorluğu, Xüsusi Dövlət Mühafizə Xidməti, Milli Təhlükəsizlik, Fövqəladə Hallar, Vergilər və Ədliyyə nazirlikləri, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları qatılmışdır.

Tədbirin açılış mərasimində çıxış edən DGK Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin ölkədə və onun hüdudlarından kənarda böyük məhəbbətlə qeyd olunduğunu bildirmişdir. Baş İdarənin rəisi bu münasibətlə təşkil olunan şahmat üzrə açıq birinciliyin də hüquq-mühafizə orqanları əməkdaşlarının ulu öndər Heydər Əliyevin xatirəsinə yüksək ehtiramının təcəssümü olduğunu vurğulamışdır.

Şahmat üzrə açıq birinciliyin bu günlərdə keçirilməsinin təsadüfi olmadığını qeyd edən M.Vahabov ümummilli lider Heydər Əliyevin Azərbaycanda bütün sahələrə, o cümlədən, idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan söhbət açmış, uşaqların və gənclərin sağlam mühitdə böyüməsinə yönələn bu siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləmişdir.

DGK İdman-Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev qədim tarixə malik, güclü zehni qabiliyyət tələb edən şahmatın respublikamızda populyarlaşmasında ulu öndərimizin xidmətlərini xüsusi vurğulayaraq, bu baxımdan hüquq-mühafizə orqanlarının əməkdaşları arasında şahmat üzrə açıq birinciliyin keçirilməsini də əlamətdar hadisə kimi dəyərləndirmişdir. Belə tədbirlərin şahmatın təbliği baxımından əhəmiyyətli olduğunu qeyd edən baş direktorun sözlərinə görə, bu kimi tədbirlər cəmiyyətdə şahmata marağı daha da gücləndirərək onun kütləviləşməsini təmin edir.

Daha sonra ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş hüquq-mühafizə orqanlarının əməkdaşları arasında şahmat üzrə açıq birinciliyə start verilmişdir. Hüquq-mühafizə orqanlarının əməkdaşları bu birincilikdə böyük həvəslə iştirak etmiş və gərgin mübarizə şəraitində öz bacarıqlarını sınamışlar.

Yarışda Vergilər Nazirliyinin komandası birinci (15,5 xal), Fövqəladə Hallar Nazirliyinin komandası ikinci (15,0 xal), Dövlət Gömrük Komitəsinin 1-ci komandası isə (14,0 xal) üçüncü yeri qazanmışdır.

Şəxsi birincilikdə isə iştirakçılardan Elçin Əsədov (Fövqəladə Hallar Nazirliyi) birinci, Əli Həsənov (Vergilər Nazirliyi) ikinci, Elvin Quliyev (Dövlət Gömrük Komitəsi-1) üçüncü yerləri tutmuşlar.

Qaliblərə kubok, diplom və medallar təqdim edilmişdir.

a7a672ad799c21ea62e5f37f98bba981512a69fa (1)

DSC_0203

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.