Sabah bədii gimnastlarımız Bakı birinciliyində mübarizəyə başlayacaqlar

 

15230669_1175604559161023_6101880472504685565_nDekabrın 1-2-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 23-cü Bakı çempionatı və birinciliyi, aerobika gimnastikası üzrə 2-ci Bakı çempionatı və Azərbaycan birinciliyi keçiriləcək. Bədii gimnastika üzrə Bakı birinciliyində Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Sağlamlıq Mərkəzini fərdi növlər üzrə Ayan Əliyeva, Aydan Məmmədova, Aylin Məmmədova, Cəmilə Tağıyeva, Selcan Qəhrəmanova təmsil edəcəklər. Qrup hərəkətləri üzrə yarışlarda isə iki komandamız çıxış edəcək. “Gömrükçü-1” komandasının heyətində Ayan Əliyeva, Aydan Məmmədova, Aylin Məmmədova Cəmilə Tağıyeva mübarizə aparacaqlar.   “Gömrükçü-2” qrup komandasının heyətində isə Sofiya Cahangirova, Ayla Xankişiyeva, Ayşən Çobanova, Anastasiya Kşnyakina təmsil olunacaqlar.Xatırladaq ki, noyabrın 17-19-da Mingəçevirdə keçirilən Azərbaycan birinciliyində “Gömrükçü”İK-nın qrup komandası bürünc medal qazanmışdı. 15079092_1238460256192000_3384506993138898366_n

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …