Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi keçirilib

 

DSC_0119-13574-920-485-100-wm-right_bottom-100-imageswmpng (1)

Mayın 19-21-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilib. Sərbəst  güləş üzrə yarışda 195, yunan-Roma güləşi üzrə yarışda isə 180 nəfər idmançı qüvvəsini sınayıb. Birincilikdə Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzi “Gömrükçü” İdman Klubunun idmançıları da məharətlə iştirak etmişdilər.

Yunan-roma güləşi uzrə yarışlarda mübarizə aparan “Gömrükçü” İdman Klubunun təmsilçisi Rüfət Güləliyev (76 kq) bütün rəqiblərinə üstən gələrək I yerin qalibi olub.

İdmançımızı yarışlara klubun yunan-Roma güləşi üzrə baş məşqçisi İqdam Ələkbərov və məşqçi-müəllim Araz Maqsudov hazırlayıb.

Sərbəst güləş üzrə yarışlarda Rahid Həmidli (85 kq) I, Royal Ağamalıyev (46 kq), Əli Əminov (100 kq) II, Hüseyn Hüseynzadə (63 kq), Tehran Əminov (85 kq) III olublar. İdmançılarımızı bu yarışlara klubun sərbəst güləş üzrə baş məşqçisi Sadiq İsayev və məşqçi-müəllim İlham Məmmədov hazırlayıblar.

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.