Sərbəst və yunan-Roma güləşi üzrə açıq birincilik keçirilib

DSC_0847

Mayın 27-28-də Balaxanı Olimpiya İdman Kompleksində Respublika günü münasibətilə sərbəst və yunan-Roma güləşi üzrə Dövlət Gömrük Komitəsi İdman-Sağlamlıq Mərkəzinin açıq birinciliyi keçirilmişdir.

Mayın 27-də keçirilən sərbəst güləş üzrə açıq birincilikdə Bakı şəhəri və regionlardan cəmi 13 komanda olmaqla, 244 idmançı iştirak etmişdir. 1998-2000-ci və 2001-2003-cü illər təvəllüdlü idmançılar arasında təşkil olunan yarışın nəticələrinə görə, “Gömrük” İSM 1-ci, “Cəlilabad Gömrük” 2-ci və “Masallı” 3-cü yerlərə layiq görülmüşlər.

Mayın 28-də keçirilən yunan-Roma güləşi üzrə açıq birinciliyə isə Bakı şəhəri üzrə cəmi 8 komanda olmaqla, 77 idmançı qatılmışdır. Yeniyetmələr arasında təşkil olunan bu yarışda isə “Xəzər” İK 1-ci, Hövsan OİK 2-ci, MOİK isə 3-cü yerləri qazanmışlar. Bu yarışda “Gömrük” İSM isə 4-cü yeri tutmuşdur.

Onu da qeyd edək ki, sərbəst güləş üzrə açıq birincilikdə “Gömrük” İSM 5 qızıl, 2 gümüş, 2 bürünc, yunan-Roma güləşi üzrə açıq birincilikdə isə 1 qızıl, 2 gümüş olmaqla, cəmi 12 medal qazanmışdır.

DSC_0827

DSC_0837

DSC_0990

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.