Sərbəst güləş

c8497e81cb7e8b72dd6e17a919236d03

Güləşmə idmanın ən qədim növlərindən biridir. Hələ eramızdan 2500 il əvvəl Misirdə güləşmə ilə məşğul olurdular. Qədim yunanlar da idmanın bu növünü sevirdilər. O vaxtlar adətən qumla örtülü meydançada güləşirdilər. İdmançıların çılpaq bədənlərinə qum yapışır və onların bədənləri nisbətən az sürüşkən olurdu; bu zaman idmançılar bir-birindən möhkəm yapışa bilirdilər. Pəhləvanlar meydanda dolaşır, elə bil ki, bir-birini başdan-ayağa süzür və birdən hücuma keçirdilər. Hər güləşçinin sevimli bir fəndi vardı. Biri öz rəqibinin ayağından tutmağa çalışır, o birisi isə onun başını qoltuğu altında sıxırdı. Rəqibinin çiynini, kürəyini və ya dizini üç dəfə yerə vuran güləşçi qalib sayılırdı

Sərbəst güləş  ilk baxışdan klassik güləşməyə oxşayır. Lakin klassik güləşmədən fərqli olaraq sərbəst güləşmədə çarpaz vurmaq, badalaq gəlmək, beldən aşağı yapışmaq olar. Sərbəst güləşmədə də bəzi xalqların güləş fəndlərindən istıfadə edilir.

Milli güləşimizin əksər elementlərini,fəndlər və mübarizə metodlarını əks etdirən,böyük inkişaf yolu keçən Sərbəst güləş idman növü Dünyada Amerikan güləşi kimi qəbul edilərək,mövcud güləşin Amerika Birləşmiş Ştatlarında yarandığını bildirir.

Lakin xalqımızn yaddaşında olan “milli güləş” tarixən daha qədimdir.Bu milli güləşin elementlərinə Qobustan qayalarında,şifahi xalq ədəbiyyatında, klassik ədəbiyyatda, dastanlarda rast gəlmək olar.

Güləşin qədimliyini sübut edən faktlardan biri Azərbaycanda toy və bayram şənliklərində insanların bu növdə özlərini sınamalarıdır.Azərbaycanda güləş yarışları xüsusi yerlərdə:Zorxanalarda keçirilirdi.

20-ci əsrin əvvəllərində pəhləvanlarmız Sali Süleyman,Rəşid və Cümşüd Yusifov qardaşları Dünyada tanınırdılar.

Milli güləşin inkişaf etməsi və gənclərin sevimli məşğələsinə çevrilməsi bir tərəfdən milli irsimizi və ənənələrimizlə bağlıdırsa,digər tərəfdən sonradan meydana gəlmiş peşəkar məktəblər ilə əlaqədardır.

Hələ,1789-1871-ci illərdə yaşamış Hüseynqulu Mürsəlquluoğlu,onun tələbəsi Məşədi Əbdül Əli oğlu Axundov,ŞomuAbdulla,Mirzə Həşim oğlu Məhəmmədhüseyn, SarPenci və başqaları milli güləş ustaları kimi məşhur olmuşlar.

Azərbaycanda güləş öz təşəkkülünü ikinci Dünya müharibəsindən sonra tapmışdır.Kusturud idman klubunun təşəbbüskarlarından və oradakı məşğələlərin iştirakçılarından olan əməkdar idman ustası Rza İbrahim oğlu Bəxşəliyev Azərbaycan Respublikasında güləşin banilərindən sayılır.

Rza Bəxşəliyev SSRİ-nin əməkdar idman ustası,Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman xadimi,əməkdar məşqçi, Azərbaycan Dövlət Universitetinin şərşünaslıq fakultəsinin və Bədən Tərbiyəsi İnstitunun məzunu,güləş üzrə 20-qat Azərbaycan çempionu olmuşdur.

Sərbəst güləş idman növü Dövlət Gömrük  Komitəsi İdman Sağlamlıq Mərkəzi açılan gündən etibarən fəaliyyət göstərir.Klubumuzda bu idman növü üzrə peşəkar və təcrübəli məşqçi müəllimlər öz  yetirmələrinə güləşin sirlərini öyrədirlər.Onlardan Dünya çempionu Xəzər İsayev,Azərbaycanın əməkdar məşqçisi Məmmədov İlham Zəbullaoğlu,idman ustası İsayev Sadiq Ağəli oğlu,İbrahimovCavid Yusif oğlu, gənc idmançılarımızın ölkə daxili və beynəlxalq uğurları üçün çalışırlar.Təsadüfi deyil ki,bu cür peşəkar məşqçilərin fəaliyyəti nəticəsində idmançılarımızın uğurlarının sədası ölkə və ölkə sərhədlərindən kənarda gəlməkdədir.Təkcə dünya çempionu Arif Abdullayevin adını çəkmək buna əyani bir sübutdur.

 

13-14 fevral 2014-cü il tarixində  (1997-1998-1999-cu il təvəllüdlü) yeniyetmələr arasında sərbəst güləş üzrə Bakı şəhər birinciliyindəki nəticələr:

 

1.Sadıqov Sarvan Mirzəxan oğlu 42 kq çəki dərəcəsində  III yer

məşqçisi (Məmmədov İlham Zəbulla)

2.Xanməmmədov İmran Zahid oğlu 50  kq çəki dərəcəsində  III yer

məşqçisi (Məmmədov İlham Zəbulla)

 

03-07 mart 2014-cü il tarixlərində keçirilən sərbəst və yunan-roma güləşi üzrə yeniyetmə və gənclər arası Azərbaycan birinciliyinin nəticələri:

Yeniyetmələr

Əminov Əli Telman oğlu 100 kq çəki dərəcəsində  III yer

məşqçisi (İsayev Sadiq Ağaəli)

Əminov Tehran Telman oğlu  85 kq çəki dərəcəsində  III yer

məşqçisi (İsayev Sadiq Ağaəli)

Gənclər

Cavadlı Toğrul Hafiz oğlu 120kq çəki dərəcəsində  III yer

məşqçisi (İsayev Sadiq Ağaəli və Məmmədov İlham Zəbulla)

İsmayılov Elmar Ramiz oğlu 74 kq çəki dərəcəsində  II yer

məşqçisi (İsayev Sadiq Ağaəli və Məmmədov İlham Zəbulla)

 

11-12 mart 2014-cü il tarixdə Azərbaycan IX Respublika Oyunlarının proqramına daxil olan 2000-2001-ci il təvəllüdlü sərbəst güləş üzrə yeniyetmələr arasında Hövsan Olimpiya İdman Kompleksində keçirilən Bakı zona yarışlarının nəticələri:

Kiçik yaşlı yeniyetmələr

  1. İsmayılov Polad İsmayıl oğlu 42 kq çəki dərəcəsində I yeri
  2. Aşurov İzzət Əli oğlu 42 kq çəki dərəcəsində I yeri

məşqçisi (İbrahimov Cavid Yusif)

 

21 aprel 2014-cü il tarixində sərbəst güləş  idman növü üzrə yeniyetmələr  arasında AGF Beynəlxalq turnirində əldə olunan nailiyyətlər:

 

  1. Əminov Əli Telman oğlu 100 kq çəki dərəcəsində III yeri

 

Məşqçisi: İsayev Xəzər

 

  1. Ağamalıyev Röyal 42 kq çəki dərəcəsində III yeri                                                                Babazadə Ravil 69 kq çəki dərəcəsində  III yeri

 

Məşqçisi: İsayev Xəzər və İlham Məmmədov

 

22 aprel 2014-cü il tarixində sərbəst güləş  idman növü üzrə gənclər arasında AGF Beynəlxalq turnir

Cavadlı Toğrul Hafiz oğlu 120 kq çəki dərəcəsində  III yer

Məşqçisi: İsayev Xəzər

01-03 may 2014-cü il tarixində sərbəst güləş idman növü üzrə (1997-99 və 2000-2001-ci il təvəllüdlü) yeniyetmələr arasında Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Respublika turnirindəki nəticələr:

Cəlilabad Gömrükçü 4 saylı

2000-2001-ci il təvəllüdlü kiçik yaşlı yeniyetmələrdən

Sadıqov  Cavid  Zamiq oğlu 26 kq çəki dərəcəsində  I yer

Ağayev İlham İmran oğlu 35 kq çəki dərəcəsində  II yer

Muradov Zəka Zahid oğlu 38 kq çəki dərəcəsində  III yer

1997-99 –cu il təvəllüdlü yeniyetmələrdən

İsgəndərov Şəhriyar Elşad oğlu 63 kq çəki dərəcəsində  I yer

Sadiqov SarıvanMirzəxan oğlu 42 kq çəki dərəcəsində  I yer

Dadaşlı Sadiq Əlimərdan oğlu 46 kq çəki dərəcəsində  II yer

İsmayılov Turan  Əlizamin oğlu 69 kq çəki dərəcəsində  III yer

Məşqçi: Məmmədov İlham

Yarış Mingəçevir şəhərində keçirilmişdir.

 

08-09 may  2014-cü il tarixində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə “Zenit” BT İC-nın kiçik yaşlı yeniyetmələr arasında keçirilən açıq birincilikdə iştirak edən Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunu təmsil edən idmançıların nəticələri

Bakı “Gömrükçü” 1 saylı  komandası:

  1. Abbasov Edvin Rasim oğlu38 kqçəki dərəcəsində I yer
  2. Cabbarlı Elbəy Emin oğlu58 kqçəki dərəcəsində II yer
  3. Cabbarlı İsmayıl Emin oğlu 63 kqçəki dərəcəsində II yer
  4. Qurbanov Elmir Elşad oğlu 26 kqçəki dərəcəsində III yer
  5. Əlilli Kənan Bəhruz oğlu 50 kqçəki dərəcəsində III yer
  6. İsmayılov İsmayıl oğlu 42 kqçəki dərəcəsində III yer

Məşqçisi; İbrahimov Cavid

Cəlilabad “Gömrükçü” 4 saylı komandası:

Əsgərov Tural Ələkbər oğlu 35 kqçəki dərəcəsində  I yer

Məmmədov Əli Elşad oğlu 63kqçəki dərəcəsində  III yer

Sadıqov Məhəmməd Malik oğlu 69 kqçəki dərəcəsində  III yer

Əhmədov Kamal Cəlal oğlu 50kqçəki dərəcəsində  III yer

Məşqçisi: İlham Məmmədov

13-16  iyun2014-cü il tarixində Şamaxı Olimpiya İdman Mərkəzində Dünya çempionu OleqKrapivinin şərəfinə həsr olunmuş 2000-2002-ci il təvəllüdlü kiçik yaşlı yeniyetmələr arasında sərbəst güləş üzrə II Respublika turnirinin nəticələri:

  1. Məmmədov Əli Elşad oğlu 63 kq çəki dərəcəsində III yer

 

Məşqçisi: Məmmədov İlham

 

  1. Qurbanov Elmir Elşad oğlu 26 kq çəki dərəcəsində III yer
  2. Cabbarlı İsmayıl Emin oğlu 63 kq çəki dərəcəsində III yer

Məşqçisi: İbrahimov Cavid

18-20 iyul 2014-cü il tarixdə Yevlax şəhər Xaldan qəsəbəsində Idman kompleks orta məktəbinin idman zalında Gənclər İdman Nazirliyinin yaranmasının “20 illik” yubileyinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə Respublika turniri keçirilmişdir.

Dövlət Gömrük Komitəsi “Gömrükçü” İdman Klubunun sərbəst güləş bölməsinin idmançıları  Respublika turnirində müvəffəqiyyətlə çıxış edərək yüksək nəticələr əldə etmişlər

Diqqətiniz çatdırmaq istərdik ki, Dövlət Gömrük Komitəsi İdman sağlamlıq

Mərkəzinin “Gömrükçü”  İdman klubunun sərbəst güləş bölməsindən 15 idmançı bu yarışlar təmsil olmuşlar. 1998-2000-ci il təvəllüdlü kiçik yaşlı yeniyetmə idmançılarmız arasında bir neçə idmançı müvəffəqiyyətlə çıxış edərək yüksək nəticələr əldə etmişdir.

  1. Dadaşlı Sadiq Əlimərdan oğlu 42 kq çəki dərəcəsində I yer.
  2. Şamilzadə Murad Şamil oğlu 50 kq çəki dərəcəsində I yer
  3. Sadıqov Sarvan Mirzəxan oğlu 46 kq çəki dərəcəsində II yer
  4. Məmmədov Şəhriyar Elşad oğlu 63kq dərəcəsində II yer
  5. Qulyev Mirsamiq Mübariz oğlu 58kq çəki dərəcəsində III yeri  tutmuşlar.

 

Beləliklə 1998-2000-ci il Təvəllüdlü  yeniyetmələrmiz  ümumi  komanda hesabinda II yerə çıxmışlar.

2001-2003-cü il təvəllüdlü kiçik yaşlı yeniyetmələr arasında  Əsgərov  Tural Ələkbər oğlu 35 kq çəki dərscəsində I yer tutaraq fəxri kürsün ən yüksək pilləsinə qalxmışdır.

Məşqçisi: Məmmədov İlham

 

03-05 sentiyabr 2014-cü il tarixlərdə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Vaqif Xudiyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Sərbəst güləş üzrə IV Respublika turnirində iştirak edən Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunu təmsil edən idmançılarının nəticələri:

Kiçikyaşlı yeniyetmələr arasında (2001-2003-cü il təvəllüdlər).

  1. Ələsgərov Tural Ələkbər oğlu 35 kq çəki dərəcəsində I yer.
  2. Ağayev İlham İmran oğlu 38 kq çəki dərəcəsində II yer.
  3. Sadıqov Cavid Zamiq oğlu 29 kq çəki dərəcəsində III yer.

Yeniyetmələr arasında (1998-2000-ci il təvəllüdlər).

  1. Dadaşlı Sadiq Əlimərdan oğlu 42 kq çəki dərəcəsində I yer.
  2. İsmayılov Tural Əlizamin oğlu 76 kq çəki dərəcəsində I yer.
  3. Şamilzadə Murad Şamil oğlu 50 kq çəki dərəcəsində I yer.
  4. Qurbanov Əli Asif oğlu 100 kq çəki dərəcəsində II yer.
  5. Sadıqov Sarıvan Mirzəxan oğlu 46 kq çəki dərəcəsində III yer.

 

02-03 oktyabr 2014-cü il tarixlərində Hövsan OİK-də sərbəst güləş üzrə kiçik yaşlıyeniyetmələr arasında “Gənc Olimpiyaçılar” açıq Respublika turniri keçirilmişdir.Bu yarışda idmançılarımızın nəailiyyətləri aşağıdakı kimidir:

Tural Ələkbər oğluƏsgərov 35 kq çəki dərəcəsində III yeri,

Hamlet Ərəstun oğlu Nəsirov 42 kq çəki dərəcəsində I yeri

 

Məşqçisi: Məmmədov İlham

 

 

27-28 oktyabr 2014-cü il tarixlərində Hövsan OİK-də sərbəst güləş üzrə yeniyetmələr arasında Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş açıq Respublika seçim turniri keçirilmişdir. Bu yarışda “Gömrükçü” İdman Klubunun idmançılarının nəticələri:

46 kq çəki dərəcələrində Röyal Ceyhun oğlu Ağamalıyev I yer                                                46 kq çəki dərəcələrində Sarvan Mirzəxan oğlu Sadıqov  III yer                                                                                                    63 kq çəki dərəcəsində Hüseyn Xıdır oğlu Hüseynzadə III yer

Məşqçisi: Məmmədov İlham

100 kq çəki dərəcəsində Əli Telman oğlu Əminov III yer

 

Məşqçisi: İsayev Sadiq

 

 

15-16 noyabr 2014-cü il tarixlərində Dünya çempionu və SSRİ-nin əməkdar məşqçisi  İsax Cəfərovun xatirəsinə həsr olunmuş 28-ci ənənəvi sərbəst güləş üzrə açıq Respublika turniri keçirilmişdir. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun idmançıları da  iştirak etmişlər.Nəticələr aşağıdaki kimidir:

 

  1. İsmayılov Elmar Ramiz oğlu 86 kq çəki dərəcəsində I yer
  2. İsmayılov Orxan İlham oğlu 61 kqçəki dərəcəsində II yer
  3. Bağırov Sənan Nizami oğlu 96 kq çəki dərəcəsində IIIyer
  4. Yusibov Kənan Yusub oğlu 74 kqçəki dərəcəsində III yerə layiq görülmüşlər.

Məşqçisi: İsayev Sadiq

 

24-25 dekabr 2014-cü il tarixlərində Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun Sərbəst güləş üzrə kiçik yaşlı yeniyetmələrarası 2001-2002-ci il (2003-cü il təvəllüdlü) və  Yunan-roma güləşi üzrə yeniyetmələrarası 1998-1999-ci il (2000-ci il təvəllüdlü) arasında açıq birinciliyi keçirilmişdir.

Birincilikdə Bakı şəhəri klublarından savayı regionlarda fəaliyyət göstərən klublar da iştirak eləyirdi. Sərbəst güləş üzrə yeniyetmələrmizdən 104 idmançı öz qüvvəsini sınayırdı.

Komanda sırasındakı nəticələr aşağıdakı kimidir:

Sərbəst güləş üzrə

I yer  – Cəlilabad 4 saylı Gömrükçü komandası

II yer – Bakı  1 saylı Gömrükçü Komandası

III yer – Müşviqabad komandası