Sərbəst güləş üzrə VI açıq Respublika turnirindən 3 bürünc medal

Sentyabrın 28-30-da Şamaxı Olimpiya İdman Kompleksində Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin şərəfinə 2004-2005-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə VI açıq Respublika turniri keçirlib. Yarışda Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, İran, Qazaxıstan və Qırğızıstandan ümumilikdə 300-ə yaxın güləşçi mübarizə aparıb.
Rəsmi şəxslər əvvəlcə şəhərdə yerləşən Heydər Əliyev abidəsini və mərkəzini ziyarət edib. Şamaxı İcra Hakimiyyətinin başçısının müavini Gülnisə Ələkbərova qonaqlarla görüş keçirib.
Daha sonra Şamaxı Olimpiya İdman Kompleksində turnirin açılış mərasimi keçirilib. Mərasimdə Gənclər və İdman Nazirliyinin nümayəndəsi Tofiq Eyvazov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev, Ukraynanın olimpiya çempionu Elbrus Tedeyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Diasporla İş üzrə Dövlət Komitəsinin departament rəhbəri Ruslan Quliyev və veteran güləşçi Oleq Krapivin çıxış edib.
Çıxışlarda dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda dövlətin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğıdan danışılıb. Bildirilib ki, bunun nəticəsində ölkəmiz mötəbər beynəlxalq yarışlara uğurla ev sahibliyi edir. İdmançılarımızın beynəlxalq arenada uğurla çıxış etdiyini bildirən natiqlər ölkəmizin Olimpiya hərəkatı, eləcə də idmanın inkişafı istiqamətində qazandığı nailiyyətlərdən bəhs ediblər.
Tədbirdə Azərbaycanda güləşin inkişafında Oleq Krapivinin mühüm xidmətləri diqqətə çatdırılıb, onun şərəfinə həsr olunan turnirin təşkilinin artıq ənənəyə çevrildiyi vurğulanıb. Qeyd edilib ki, belə yarışlar istedadlı yeniyetmə güləşçilərin üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Sonda Oleq Krapivin Gənclər və İdman Nazirliyinin fəxri fərmanı ilə təltif olunub. Açılış mərasiminin rəsmi hissəsi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun güləşçiləri də uğurla mübarizə apararaq 3 bürünc medal əldə ediblər. Belə ki, təmsilçilərimizdən Coşqun Abbasov (35 kq), Qabil İbişli (57  kq), Rəvan Şahbazov (68 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıblar.

Bu xəbərə də bax

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan millisinin hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc medal var

Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunları davam edir. Hazırda Azərbaycan millisinin …