DGK İSM “Gömrükçü” İK-nın taekvondoçusu Rio-2016-ya hazırlığı Koreyada keçir

13335593_488546234678321_7102554288939494837_n

Azərbaycanın qadın taekvondoçuları Koreya Respublikasına yollanıblar. Qadınlardan ibarət yığmanın baş məşqçisi Sun Mi Park iki idmançımızın Asiyada hazırlıq keçməsini məqsədəuyğun hesab edib. “Rio-2016” Olimpiadasına lisenziyanı təmin edən Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun üzvü Patimat Abakarova (49 kq), həmçinin Yaprak Erişin (62 kq) hazırlığı iyulun 8-dək davam edəcək. Olimpiadaya vəsiqə qazanan digər taekvondoçumuz Fəridə Əzizova (67 kq) isə “Rio-2016”ya şəxsi məşqçisinin rəhbərliyi ilə hazırlaşır. 

 

Bu xəbərə də bax

DGK İSM “Gömrükçü”İK-nın boks üzrə açıq birinciliyi keçirilib

  Oktyabrın 21-də Ramil Səfərov adına “Cənub” İdman Klubunun boks zalında Müstəqillik gününə həsr olunmuş Dövlət …