Rio-2016 Yay Olimpiya Oyunlarının medalları ictimaiyyətə təqdim edilib

2016-Olympic_medals2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının medalları ictimaiyyətə təqdim olunub. Medallar Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın iştirak etdiyi mətbuat konfransında təqdim olunub. Ümumilikdə olimpiada zamanı 2488 medal təqdim olunacaq ki, onlardan 812-si qızıl və eyni sayda gümüş, 864-ü isə bürüncdür. Hər bir medalın çəkisi 500 qramdır. Qızıl medalların tərkibinə kənar maddələr qatılmasa da, gümüş və bürünc medalların tərkibinin 30%-i təkrar materiallardan ibarətdir.
Qeyd edək ki, “Rio-2016” 5-21 avqustda keçiriləcək.

– See more at: http://sportnet.az/olimp/19562-olimpiadanin-medallari-foto.html#sthash.IacaqKRB.dpuf

Bu xəbərə də bax

Taekvondoçumuz  Avropa çempionatının bürünc medalına sahib çıxıb

 Mayın 10-dan 13-dək Rusiyanın Kazan şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatına yekun vurulub. Yarışda yığma …